Limonlu suyun faydaları
Bizi izləyin

Tabloid.az

Limonlu suyun faydaları

Həkimlər, xüsusilə diyetoloqlar səhərlər bir stəkan limonlu su içməyin vacibliyi haqqında çox danışırlar. Bəs limonlu suyun orqanizmə faydası nədir? Tabloid.az səhər acqarına limonlu su içməyin 5 əsas səbəbini açıqlayır:

Həkimlər, xüsusilə diyetoloqlar səhərlər bir stəkan limonlu su içməyin vacibliyi haqqında çox danışırlar. Bəs limonlu suyun orqanizmə faydası nədir? Tabloid.az səhər acqarına limonlu su içməyin 5 əsas səbəbini açıqlayır:

İmmunitet

Limonlu su immun sistemini möhkəmləndirir. Limon C vitamini və kaliumla zəngindir. Ona görə də bu meyvə beyin və sinir sistemini stimullaşdırır, qan təzyiqinə nəzarət edir.

Ph balansı

Bu içki qələvi balansını tənzimləyir, çünki limon turşusu turşululuğu artırmır.

Bədən

Limonlu içki ilə qısa müddətdə arıqlamaq mümkündür. Limon şirəsinin tərkibində aclıqla mübarizədə silah rolunu oynamağa qadir pektin maddəsi var. Bundan başqa, sübut olunub ki, qələvi tarazlığını qorumağı bacaranlar daha asan arıqlayırlar.

Dəri

Bu içkinin qəbulundan sonra günbəgün dərinin təmizlənməsi müşahidə edilir. Çünki C vitamini dəridə qırışların yaranma prosesini ləngidir və ləkələrin yox olmasına kömək edir. Limon bunu daxildən qanı zəhərlərdən təmizləyərək öhdəsindən gəlir.

Antiqəhvə təsiri

Əgər sizin də hər səhər qəhvə içmək kimi zərərli vərdişiniz varsa, bir stəkan limonlu su ilə müvəffəqiyyətlə ondan xilas olacaqsınız. Yeri gəlmişkən, limon canlandırancı və gümrahlaşdırıcı effekti ilə qəhvədən geri qalmır!

Bonus!

Bir stəkan limon suyu orqanizmin susuzlaşmasının qarşısını alır. Bu içkini içdikdən sonra səhər tezdən bütün orqanizm sistemi, ilk növbədə hormonlar ifraz edən böyrəküstü vəzilər düzgün işləməyə başlayacaq. Orqanizm stressə hazır olacaq və bütün günü normal fəaliyyət göstərə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm