Qadınların ən böyük düşməni: kosmetik vasitələr
Bizi izləyin

Tabloid.az

Qadınların ən böyük düşməni: kosmetik vasitələr

Gündəlik makiyaj edən hər qadın təxminən 515 kimyəvi maddənin təsirinə məruz qalır

Xanımlar gözəl görünmək üçün hər cür təhlükəni gözə alırlar. Kosmetik vasitələrin dərimizə zərərli olduğunu bilsək də, makiyajdan vaz keçmək ağlımıza belə gəlmir.

Ancaq buğun sizə verəcəyimiz bilgilər kosmetik vasitələr alarkən daha diqqətli olmağınız üçün faydalı olacaq.

Bilirsinizmi?

Gündəlik makiyaj edən hər qadın təxminən 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu maddələr dodaq boyası, dırnaq boyası, ətir, saç boyası və s. kosmetika vasitələrinin tərkibində olur.

Araşdırmalar sübut edib ki, tərkibində ən çox kimyəvi maddə dodaq boyası, dırnaq boyası və ətirdədir. Elə təhlükə də bundadır. Çünki makiyaj etməyən bir qadın belə bu kosmetik vasitələrdən istifadə edir.

Dodaq boyasının tərkibində 26 müxtəlif kimyəvi maddə var. Bunlardan ən təhlükəlisi polimetilmetakrilatdır. Bu maddə allergiya xəstəliyinə və xərçəngə səbəb olur.

Dodaq boyası da məsum deyil. Onun tərkibində 31 kimyəvi maddə var. Ən təhlükəlisi ftalatdır. Bu maddə hamiləlik zamanı körpənin inkişafına mənfi təsir edir.

Ətirlərin tərkibində 250 kimyəvi maddə var. Ən təhlükəlisi benzaldehitdir. Bu maddə ağız və boğazı qıcıqlandırma, böyrəyə mənfi təsir edir.

Qeyd edək ki, tamamilə olmasa da, daha çox təbii tərkibə sahib kosmetik vasitələr də var. Bu vasitələrin qiymətləri daha baha olsa da, sağlamlığa ziyan vurmadıqları üçün onlardan istifadə etmək daha məqsədə uyğundur.

Kosmetik vasitələrin ziyanlı təsirlərindən qorunmaq üçün mütləq istifadə etdiyiniz məhsulun son istifadə tarixinə diqqət edin və məhsulları üzərlərində qeyd olunan şəraitə uyğun saxlayın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm