Tabloid.az
Aygün Kazımovadan müraciət
Hazırda Türkiyədə olan Xalq artisti Aygün Kazımova
sosial şəbəkə izləyicilərinə müraciət ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, imicində yenidən dəyişikliklər etməyi
qarşısına məqsəd qoyan müğənni hazırda İstanbulda istirahət edir.
Havaların isti keçməsinə görə isə müğənni sosial şəbəkə
izləyicilərini humanist bir addım atmağa dəvət edib.
"Dostlar, xahiş edirəm bacardığınız qədər küçəyə, bloklarınızın
qarşısına küçə heyvanlarının içə biləcəyi qabda su qoyun. Havalar
çox istidir, küçə heyvanları isə su tapmaqda çətinlik çəkir. Bu da
küçə heyvanlarının ölümü ilə nəticələnir. Çox xahiş edirəm, əməl
edək." - deyə müğənni sosial şəbəkədə müraciət yazıb.
Bundan başqa, Xalq artisti mətbuata verdiyi yeni açıqlamasında
tezliklə imicində etdiyi dəyişikliklərlə hamını təccübləndirəcəyini
vurğulayıb. Bir müddət əvvəl paylaşdığı şəkillərdə hər gün –
səhər-axşam idman etdiyini bildirən sənətçi, bununla yanaşı, həm
tennis oynayır, həm də günün müxtəlif saatlarında hovuzda
üzgüçülüklə məşğul olur.
Qeyd edək ki, Xalq artisti İstanbulda olduğu müddətdə yeni
“Təsadüf” adlı mahnısına klip çəkdirəcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ