Kənan Doğulu Berenə öpüşməyi qadağan etdi
Bizi izləyin

Tabloid.az

Kənan Doğulu Berenə öpüşməyi qadağan etdi

Kənan Doğulunun qısqanclığı

Türkiyə mətbuatında bir müddətdir ki, reytinq rekordlarını qıracağı gözlənilən "Kösem Sultan" serialında baş rolu Beren Saatın oynayacağı bildirilir.

Ancaq aktrisa Kösəm sultanı oynayıb-oynamayacağına dair qəti qərar verə bilməyib. Buna səbəb isə aktrisanın nişanlısı Kənan Doğulunun qısqanclığıdır.

İddialara görə, Kənan Berenin ssenaridə öpüşmə səhnələrinin olduğu hər hansı bir serialda və ya filmdə rol almasını istəmir.

Aktrisa bununla bağlı qərarını toydan sonra qərar verəcək.

Xatırladaq ki, Kənan Doğulu daha əvvəl də "Benim Dünyam" filmində Beren Saatın aktyor Uğur Yücel ilə öpüşmə səhnəsinin çəkiləcəyi gün çəkiliş meydançasının yerləşdiyi Böyükadayı tərk edərək gündəmə gəlmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm