Tabloid.az
Bədənin immunitetini artıran qidalar
Tez-tez xəstələnməmək üçün bədənin immunitetini artırmaq lazımdır. Bunun üçün ən yaxşı yol immuniteti artıran bitki, tərəvəz və meyvələrdən istifadə etmək lazımdır.
1.Çobanyastığı
Çobanyastığının çiçəyi və yarpaqları A və C vitamini ilə zəngindir.
Onu sıyıq halına gətirib yaralara sürtükdə sağalmanı tezləşdirir.
İmmuniteti artırmaq istəyənlər hər gün təzə çobanyastığı
qoxulamalıdırlar. Evə bir dəstə çobanyastığı saxlamaq
faydalıdır.
2. Razyana
Razyananın toxumları zülal və yağ baxımından zəngindir. Bədəni rahatlaşdırır və sakitləşdirir. Qan azlığını aradan qaldırmaq üçün yaxşı vasitədir. Razyananı iki gündən bir dəmləyib içmək olar. Ancaq yaşıl çayla birgə dəmləndikdə daha faydalı olur.
3. İspanaq
İspanaq bədənin dayanıqlığını artırır və bədənə qüvvət verir. Yaşla
bağlı öyrənmə çətinliyini aradan qaldırır .İspanaq qan azlığına
yaxşı təsir edir. Həmçinin xərçəng, ürək və damar xəstəliklərinin
qarşısını alır. İspanağı bol-bol istifadə etmək tövsiyə edilir.
4. Qara turp
Qara turp yuxusuzluğa çarədir. Bədəni gücləndirir, xərçəng
şişlərinin inkişafının qarşısını alır. Qan təmizliyici
xüsusiyyətindən dolayı qara turp allergiyadan əziyyət çəkən
xəstələrə də kömək olur. Bu bitkini salatlarda istifadə etmək
immunitetinizi kifayət qədər gücləndirəcək.
5. Günəbaxan bitkisi
Günəbaxan toxumları olan tumlar damar sərtliyini aradan qaldırmağa
kömək edir. Xüsusilə, xəstələrin və inkişaf dövründəki uşaqların
ehtiyac duyduğu bir çox zülal vitamin və mineralları özündə
cəmləyən bu bitki qan azlığını aradan qaldırır. Gün ərzində bir
ovuc tum çırtlamaq bədən üçün faydalıdır.
6. Portağal
C vitamini anbarı olan portağal bədəni və immunitet sistemini
gücləndirir. Portağal ürək və damar xəstəlikləri və xərçəngə qarşı
qoruyucudur. Qrip və öskürək kimi xəstəliklərə yaxşı təsir edir.
Bədəndəki zərərli maddələri təmizləyir. Qış mövsümündə gündə bir
ədəd portağal yemək bədən üçün faydalıdır.
7. Bal
Bal antibakteriyal təsirə malikdir. Həzmi asanlaşdırır və mədədəki
artıqları ixrac edir. Qan artırma xüsusiyyəti ilə, yanaşı gümrahlıq
da verir. Ürək xəstələrinə faydalıdır. Yaz-qış fərqi olmadan gündə
bir qaşıq bal qəbul edin.
Tabloid.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK