Dırnaq boyasının tez quruması üçün 5 hiylə
Bizi izləyin

Tabloid.az

Dırnaq boyasının tez quruması üçün 5 hiylə

Dırnaqların ideal görünməsi üçün nə etmək lazımdır?

İdeal manikür baxımlı qadının vaz keçilməzidir. Ancaq çox vaxt dırnağımıza lak çəkdikdən sonra təcili bir işimiz çıxır və ya telefonumuza zəng gəlir. Əlbəttə əllərimizi işlətdikdə yeni çəkilmiş boya yayılır və dırnaqlarda çox pis görüntü yaranır.

Bəs dırnaqların ideal görünməsi üçün nə etmək lazımdır?

1. Dırnaq boyası üçün quruducudan istifadə edin

Dırnaq boyasını çəkdikdən sonra, üzərinə quruma prosesini sürətləndirən xüsusi maddəni çəkmək lazımdır.

Əgər bu vasitədən sizdə yoxdursa, o zaman dırnağı boyamadan öncə lakı 20 dəqiqə soyuducuda saxlayın. Bu həm də dırnaq boyasının daha qalıcı olmasını təmin edəcək.

2. Saç fenindən istifadə edin

Adi saç feni də dırnaqlardakı boyanı qurutmağa kömək edir. Bunun üçün saç feninin soyuq rejimə keçirib dırnaqlara doğru tutun.

3. Soyuq su ən yaxşı köməkçidir

Dırnaqlarınızdakı boyanı bir neçə saniyə ərzində qurutmaq istəyirsinizsə, soyuq sudan istifadə edin. Bir qab götürün və onu əlləri örtəcək miqdarda su ilə doldurun. Su mütləq soyuq olmalıdır. Çünki ilıq su lazımi effekti vermir. Suyun temperaturunu aşağı salmaq üçün içərisinə bir neçə buz kubu əlavə edə bilərsiniz. Dırnaq boyasını çəkdikdən sonra əlləri 3 dəqiqə soyuq suyun içində saxlayın.

4. Dırnaqları yağla silin

Bəli, yağ da lakın tez qurumasına kömək edir. Bunun üçün pambığı yağa batırıb boyanmış dırnaqları yavaş-yavaş silin. 5 dəqiqə sonra soyuq su ilə əllərinizi yuyun.

5. Əlləri buzluqda saxlayın

Əgər bunların heç birinə vaxtınız yoxdursa, sadəcə 1 dəqiqə ərzində dırnaqları qurutmanın daha asan bir yolu da var. Dırnaq boyasını çəkin və əlləri 1 dəqiqə buzluqda saxlayın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm