Dünya şöhrətli dizaynerdən stil barədə 6 məsləhət
Bizi izləyin

Tabloid.az

Dünya şöhrətli dizaynerdən stil barədə 6 məsləhət

Dünyaşöhrətli dizaynerdən stil barədə 7 məsləhət

"Chanel" və "Fendi" moda evlərinin kreativ direktoru Karl Lagerfeld dəb sənayesinin ən önəmli fiqurlarından biridir. Özünü fotoqraf, rejissor kimi sınayan, "7L" kitab mağazasının rəhbəri olan alman əsilli dizaynerin şəxsiyyəti qədər geyim üslubu da maraqlıdır. Qara günəş eynəkləri, əlcək, qara Edi Sliman kostyumları 81 yaşlı dizaynerin ağ saçları ilə ahəng yaradır. Müasir dövrdə elə bir dəbli qadın tapılmaz ki, ondan stil və dəb barədə məsləhətlər almaq istəməsin.

Publika.az Lagerfeldin tövsiyələrini təqdim edir:

Milyonlarla pul xərcləməli deyilsiz

Bahalı geyim həvəskarlarına təəccüblü görünə bilər, amma Lagerfeld müsahibələrinin birində belə deyib: "Bu gün ucuz paltarlarla da şıq görünmək olar. İndi hər büdcəyə uyğun yaxşı dizaynlı paltarlar var". Bir sözlə, stil puldan çox zövqə bağlıdır.

Özünü ifadə et

Lagerfeldə görə, geyim təkcə özünü ifadənin yox, eləcə də dünya görüşünün, ideyanın, mövqeyin də göstəricisidir: "Dəb reallığı dəyərləndirmək üçün geyimlərdə özünü yaradan dildir".

Başqalarının fikrinə ehtiyacınız yoxdur

Onun həyat qaydalarından biri məhz budur: başqalarının fikrinə önəm vermir. Trend olub-olmamasından asılı olmayaraq, hansı geyimdə özünüzü rahat hiss edirsinizsə, onu da geyinin.

Seçiminizdən əmin olun

Qadınlar alış-veriş zamanı lazım olmayan əşyalara da pul xərcləyir. Bahalı bir çanta, yaxud t-shirt - fərq etməz, ən əsası seçiminizdən əmin olun: "Şoppinq xətrinə alış-veriş etməyin, yalnız sizi həyəcanlandıran əşyanı alın".

"Bütövlük" şərtdir

Yaxşı paltar geyinməklə iş bitmir. Lagerfeld inanır ki, stil "bütöv" olmalıdır. Obrazınızı saç, makiyaj, aksesuarlarla tamamlamaq lazımdır: "Yalnız geyimlə kifayətlənməyin və kosmetikaya qənaət etməyin. Qüsursuz dəriyə və saçlara sahib olacağınızdan əmin olun".

Özünə güvən!

Etdiyiniz hər işdə özünüzə inanın. Bəlkə elə Lagerfeldin uğurunun əsas sirri bu əminlikdədir?!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm