Şou-biznesdə Nadirin yolunu bağlayanlar kimdir? - Video
Bizi izləyin

Tabloid.az

Şou-biznesdə Nadirin yolunu bağlayanlar kimdir? - Video

Müğənni Nadir Qafarzadə “kiçik əjdaha” ləqəbini verdiyi tələbəsi Rauf Bədəlzadə ilə birgə oxuduğu duetini təqdim edib.

Müğənni Nadir Qafarzadə “kiçik əjdaha” ləqəbini verdiyi tələbəsi Rauf Bədəlzadə ilə birgə oxuduğu duetini təqdim edib.

Tabloid.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, “Unutulur” adlanan mahnı dinləyicilər tərəfindən seviləcək:

“Müğənnilik sənətinə gələndə heç kim mənə dəstək olmayıb. Daim yolumu bağlamaq istəyənlər olub. Məhz bu baxımdan istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün də tələbəm Raufla birgə qədim türk bəstələrindən olan “Unutulur” adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu mahnını iki versiyada lentə aldırmışıq. İlk versiyanı ötən ay etdik. Daha sonra növbəti versiyanı hazırladıq. Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstək olduğum ilk gənc olmayacaq. Münsif olduğum “Azərbaycanın səsi” layihəsində olan bir neçə tələbəmə kömək edəcəyəm. Raufla ifa etdiyim bu mahnıya klip çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra dinləyicilərin ixtiyarına veriləcək”.

N.Qafarzadə və R.Bədəlzadənin “Unutulur” adlı duetini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm