Bəyaz dişlərin sirri: süd
Bizi izləyin

Tabloid.az

Bəyaz dişlərin sirri: süd

Bəyaz dişlərin sirri: süd

Süd insanların sümük və diş sağlamlığı baxımından böyük rol oynayır. Süd və süd məhsulları mütəxəssislər tərəfindən məsləhət görülür.

Diş xəstəliklərinə qarşı süd

Diş əti xəstəliklərinə qarşı böyük rol oynayan süd və süd məhsulları tərkibindəki zülal sayəsində təkcə diş və diş əti deyil, bütün orqanizm üçün əhəmiyyətli qida hesab olunur. Orqanizmi xəstəliklərə qarşı müdafiə edir. Südün tərkibindəki kalsium, zülal dişləri və diş ətini gücləndirir, immun sisteminin qorunmasına da dəstək olur. Diş çürüklərinin meydana gəlməsinin də qarşısını alır. Süd içməyənlər kalsium və zülal ehtiyacını qatıq və pendirdən ala bilərlər.

Südü uşaqlara necə sevdirməli?

Uşaqlar ana südü ilə böyüdükdən sonra bu vərdişi inək südü ilə dadam etdirmək lazımdır. Uşaqlıq çağından başlayaraq, hər bi uşaq hər gecə bir stəkan süd içmək vərdişinə yiyələnməlidir. Südü uşağa sevdirə bilmirsinizsə, içinə kakao əlavə edə, yaxud südlü desertlər hazırlaya bilərsiniz. Çünki sümük və dişlərin inkişafı uşaqlıq çağından başlayır. Həmin yaşda süddən əldə edilən fayda yetkin insanlarla müqayisədə daha çox olur.

Uşaqlar sümük və diş inkişafı üçün zülala daha çox ehtiyac duyurlar. Dolayısı ilə süd içmək vərdişini təlqin etmək çox önəmlidir. Uşaqların səhər və axşam yeməyində südü süfrənizdən əskik etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm