Kişiləri geyimlərinə görə tanıyın
Bizi izləyin

Tabloid.az

Kişiləri geyimlərinə görə tanıyın

Kişiləri geyimlərinə görə tanıyın

Sevgilinizin geyim tərzinə əhəmiyyət verməyə bilərsiniz, amma biz kişilərin tərzinə əsasən, onların bəzi xüsusiyyətlərini tərtib etmişik. Amma unutmayın ki, kişini geyiminə görə qarşılayıb, ağlına görə yola salmalısınız. Tabloid.az kişiləri geyiminə görə, tanımağın yollarını təqdim edir:

V formasında köynək geyinən kişilər: Belə kişilər özlərindən həddindən ziyadə razı olduqları üçün mükəmməl olduqlarını düşünürlər. Qadınların onlara yalvarmasından zövq alırlar.

Qara ayaqqabı ilə ağ corab: Zavallı... Onlar heç vaxt yetkin kişilər kimi geyinə bilməyəcək. Hələ çox böyüməlidir.

Ağzı yığılan və arxaya taxılan çanta istifadə edən kişilər: Bu kişilər müstəqil olmağı sevirlər. Azadlığını heç nəyə dəyişmək istəmirlər.

Basketbol oynamadığı vaxtlarda belə basketbol şortiki geyinən kişilər: Bu tip adamlar o qədər tənbəldirlər ki, oyandıqdan sonra və ya idmandan qayıtdığı zaman paltarını dəyişməyə ərinir. Zəhmət çəkməyən kişiləri ağlınızın kənarından belə keçirməyin.

Polo köynəyini şalvarının içinə salan kişilər: Bu, xarizmatik tiplərdən deyil. Böyük ehtimalla evdə hər şeyi təmir etməyə çalışacaqlar.

Köynəyin açıq düyməsindən ağ maykası görünən kişi: 40 yaşında hələ də anası ilə yaşayan kişi tipi ilə qarşı-qarşıyasınız. Bu heç də yaxşı görünmür.

Tüklü sinəsində görünən qalın boyunbağı: Bu adamın özünə güvəni lazım olduğundan artıq olsa da, özünü yanlış ifadə edir.

Çəkələyi corabla geyinən kişilər: Bu kişilər hələ məktəb illərinin nostalgiyasından xilas ola bilməyib. Belə bir kişi ilə heç yerə getməsəniz, yaxşıdır.

İdmandan çıxandan sonra da sevimli futbolçusunun adı yazılmış köynək geyinən kişilər: İdman sağlamlıq mənbəyidir, amma futbolçunun adını sinəsində gəzdirəcək qədər vacib deyil.

Enli və boş şalvarlar geyinən kişilər: Bu tiplər idman kanallarından başqa heç nəyə baxmırlar. Kimsə ona kişi stili haqqında məlumat versin.

Həddindən ziyadə dar şalvar: Bu kişilərin oriyentasiyası şübhə doğurur. Həm də şorgöz olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm