Qadınları kökəldən yataq otaqları
Bizi izləyin

Tabloid.az

Qadınları kökəldən yataq otaqları

Qadınları kökəldən yataq otaqları

Londonun elmi-tədqiqat institutu maraqlı və xüsusilə, qadınları çox maraqlandıracaq araşdırma aparıb. Araşdırmadan məlum olub ki, işıqlı yataq otaqlarında yatan qadınlar kökəlməyə meyilli olurlar. Belə ki, gecə yatarkən yataq otaqlarında ətrafdakı əşyaları görə biləcək qədər işıq olduğunu deyən qadınların qaranlıqda yatan qadınlara nisbətən bellərinin daha qalın olduğu ortaya çıxıb.

Araşdırma 113 min qadının üzərində aparılıb. Araşdırmada iştirak edən qadınlardan gecə yatarkən otaqlarındakı işıq səviyyəsinin necə olduğu soruşulub. Onlar bu 4 cavabdan birini seçməli olublar:

1.Kitab oxuya biləcək qədər işıqlı olur.

2. Kitab oxumaq olmaz, amma otağın içini görə bilirəm.

3.Əşyaları görmürəm, amma öz bədənimi görürəm.

4. Yuxu maskası ilə yatıram.

Məlum olub ki, gecə işıqlı otaqda yatmaq insanı kökəldir, hətta köklük kimi ciddi xəstəliyə səbəb olur. Alimlər bunu süni işığın yuxu hormonu melatoninin istehsalının azalması ilə əlaqələndirirlər. Yəni, işıq bədənin tam olaraq dincəlməsinə əngəl olur. Ona görə də gecələr yuxu maskalarından istifadə etmək tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm