İsti havalarda avtomobil idarə edənlər, diqqətli olun!
Bizi izləyin

Tabloid.az

İsti havalarda avtomobil idarə edənlər, diqqətli olun!

İsti havalarda avtomobil idarə edənlər, diqqətli olun!

İsti yay günlərində uzun və davamlı səfərlərə çıxan sürücülər ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına mütləq əməl etməlidirlər. Bu qəzanın baş verməməsi və sağlamlıq baxımdan olduqca vacibdir.

Havalar isinən zaman tətil səyahətləri başladığından şəhərlərarası yollarda sıxlıq olur. Bu baxımdan isti havalardan təsirlənməmək üçün yola səhər erkən saatlarda çıxmaq və 2 saatdan bir 15 dəqiqə fasilə etmək məsləhətdir. Maşında olan kondisionerdən istifadə edərkən istiqamətin sinəyədeyil, şüşələrə doğru olmasına diqqət yetirin.

Hər yarım saatdan bir avtomobilin salonu havalandırmaqla istifadə edilməlidir. Bu, səyahətdə xəstələnməyin qarşısını alır. Avtomobili idarə edən sürücülər yola çıxmazdan əvvəl rahat və əlverişli ayaqqabılar seçməlidirlər. Avtomobilin pedalını idarə etməyə çətinlik törədən ayaqqabılardan istifadə edilməməlidir. Əlverişli ayaqqabı seçimi sürücülük hakimiyyəti üçün də önəmlidir.

Qidalanma baxımından bol su içmək və səfər zamanı ağır yeməklərdən uzaq durmaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm