Xanımları zərif və füsünkar göstərən yubka modelləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanımları zərif və füsünkar göstərən yubka modelləri - FOTOLAR

Gipür uzun zamandır populyar olmaqdan ziyadə klassik parçalardan biridir. Krujeva və gipür kimi parçaların ancaq toya, düyünə geyinilir düşüncəsi çoxdan öz əhəmiyyətini itirib. Krujeva parçadan tikilən geyimlər artıq gündəlik həyatın ayrılmaz hissəsinə çe

Gipür uzun zamandır populyar olmaqdan ziyadə klassik parçalardan biridir. Krujeva və gipür kimi parçaların ancaq toya, düyünə geyinilr düşüncəsi çoxdan öz əhəmiyyətini itirib. Krujeva parçadan tikilən geyimlər artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusən də yay aylarında daha aktual olur. Krujeva yubkalar isə mövsümün trendi hesab olunur. Dizaynerlər xüsusən qələm yubkaların ön planda olduğunu nəzərə alaraq bu modelə daha çox yer ayırıblar.

"Burberry" brendinin krujevadan hazırlanan çəhrayı və qələm formasında olan yubka modeli digər dizaynerlərin də ilham mənbəyi olur.

Bəs krujeva yubkaları necə və nə ilə uyğunlaşdırsaq, daha gözəl görünərik?

Krujeva özü göz qamaşdırıcı material olduğu üçün yubkanın üzərinə geyinilən köynəklər tək rəng və sadə olmalıdır. Bu zaman xanımlar daha çəkici görünürlər. Eyni zamanda mayka, qolsuz, ya da qollu köynək və şifon bluzla yubkanın gözəlliyini ön plana çıxarda bilərsiniz.

Ayaqqabı seçimində qısadabanlı, hətta neytral stilettolara üstünlük verə biləsiniz. İddialı rəngi ilə diqqət çəkən stilettolara tamamlamayın. Çünki bu zaman yubka kölgədə qala bilər.

Mövsümün trendi olan biləkdən bağlanan dikdaban səndəllər də çox yaraşır.

Hətta idman sevgisini heç nəyə dəyişməyən xanımlar üçün də çeşidlər var. Belə ki, krujeva yubkanı eyni materialdan tikilən idman ayaqqabılarla tamamlayaraq, üslubunuza sadiqliyinizi qoruyub saxlaya bilərsiniz.

Rahatlığına önəm verən xanımlar isə yastıdaban ayaqqabılarla birləşdirə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm