Tünzalədən yenilik - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tünzalədən yenilik - FOTOLAR

TRT Müzik Kanalında əməkdar artist Tünzalə Ağayeva “Bir səsin cazibəsi” verilişi ilə yenidən tamaşaçılarının qarşısına çıxacaq.

Publika.Az bildirir ki, müğənninin bu dəfəki qonaqları Azərbaycanın xalq artisti Nəzakət Teymurova və türk sənət musiqisinin mahir ifaçısı Yıldırım Bekçi olacaq. Bu barədə danışan Tünzalə Ağayeva verilişində muğamı təbliğ edəcəyindən də söz açıb:

“Sevimli xanəndəmiz Nəzakət xanımla bir arada olmaq, onun gözəl səsini dinləmək məni xoşbəxt edir. Bu, gözəl əsərlərimizin, muğamımızın Türkiyə ekranlarında səslənərək təbliğ olunması baxımından da önəmli bir hadisədir. Yıldırım Bekçiylə tanış olmağıma da çox sevindim. Türk sənət musiqisi sevərək dinlədiyim mahnılardır və bu əsərləri Yıldırım Bekçi kimi tanınmış sənətçinin səsindən eşitmək mənim üçün ayrı bir şans oldu".

Qeyd edək ki, xalq artisti Nəzakət Teymurovanı tarda Əliağa Sədiyev, nağarada Kamran Kərimov müşayiət edəcək. Tünzalə Ağayevanın verilişində geyindiyi libaslar Gülnarə Xəlilovaya məxsusdur.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm