Təranə Səmədova: “Müğənnilər gözümü elə qorxudublar ki...”
Bizi izləyin

Tabloid.az

Təranə Səmədova: “Müğənnilər gözümü elə qorxudublar ki...”

Tanınmış prodüser Təranə Səmədova bu günlərdə estetik əməliyyat keçirib. O, Tabloid.az saytına müsahibəsində bu və çalışdığı müğənnilərlə bağlı digər suallara cavab verdi.

Tanınmış prodüser Təranə Səmədova bu günlərdə estetik əməliyyat keçirib. O, Tabloid.az saytına müsahibəsində bu və çalışdığı müğənnilərlə bağlı digər suallara cavab verdi.

-Rinoplastik əməliyyat keçirmək qərarınız nə ilə bağlı idi?

-Artiq bir neçə ildir ki, burnumla bağlı kompleks yaşayırdım. Yaş üstünə yaş gəldikcə isə hər bir qadın daha da mükəmməl görünməyə can atır. Düşünüb-daşınıb, axır ki, bu əməliyyatı keçirməyə qərar verdim. Düşünürəm ki, çox uğurlu alınıb.

-Əməliyyatdan sonra həyatınızda nə dəyişdi?

-(Gülür) Bir tək dəyişilən burnumun forması oldu. Hələ heç bir köklü dəyişiklik yoxdur.

-Yay istirahəti ilə bağlı nə planlarınız var?

-İstirahət üçün heç bir ölkəyə getməyi planlaşdırmıram. Maşallah, vətənimizdə istirahət üçün hər bir şərait yaradılıb. İnşallah, avqust ayında 10 günlük Qəbələdə dincəlməyi düşünürəm.

-Yenidən estetik əməliyyat haqqında düşünürsünüz?

-Açığı, yox. Yaxın 1-2 il ərzində heç bir estetik əməliyyat haqqında düşünmürəm. Amma 35 yaşa qədər düşündüyüm daha 3 estetik əməliyyat var ki, inşallah həyata keçirəcəyəm. Bədənimin hansı nahiyələrində əəməliyyat edəcəyimi isə hələ açıqlamaq istəmirəm. Onu da deyim ki, bu il mənim 30, qızım Suelin isə 5 yaşı tamam olur. Oktyabrda təmtəraqlı ad günü keçirməyi planlaşdırıram.

-Hazırda Ramazan ayıdır. Oruc tutursunuz?

-Burnumun əməliyyatı elə vaxta təsadüf etdi ki, oruc tuta bilmədim…

-Cənnət və Cəhənnəmə inanırsınız?

-Əlbəttə. Atdığım hər addımda bu barədə çox düşünürəm. Çünki Allahdan çox qorxuram.

-Təranə, işlədiyiniz müğənnilərlə qalmaqalla ayrılmağınızın səbəbi nədir?

-Yox, bu, belə deyil. Mənim Günay İbrahimli ilə qalmaqalım olmayıb. O, qızla işləməyə başladığım vaxtlarda məni çoxları qınayırdı ki, Günay populyarlaşmayacaq. Amma mən sübut etdim ki, bir sənətçini düzgün təqdim etdinsə, tanınıb, populyarlıq qazana bilər. Tək mən deyil, onunla çalışan prodakşn da onun istedadına güvənirdi. Günayın Allah ruzisini bol eləsin, qapılarını açıq etsin. Bacardığım qədər o insana dəstək olmuşam. Ona bir prodüser olmaqla yanaşı, böyük bacı kimi həyatda çox şeyləri başa salmışam. Mənim ona başa saldığım məsləhətlərdən bu gün də faydalanmağı, mühafizəkar olmağı, özünə çərçivələr yaratmağı çox xoşuma gəlir.

-Populyar prodüser olduğunuz halda tanınmayan müğənnilərlə işbirliyi qurursunuz. Halbuki əməkdaşlıq etdiyiniz müğənniləri qısa zamanda məşhurlaşdıra bilirsiniz. Maraqlıdır, sizi məşhurlarla işləməkdən çəkindirən səbəb nədir?

-Prodüserlik yaradıcılığım dövründə işlədiyim yeganə populyar müğənni Rəqsanə olub. Açığı, mənim gözüm çox qorxub. Bəlkə də bütün tanınmış müğənnilər elə deyillər. Qorxuram ki, hansısa məşhur müğənni ilə işləməyə başlasam, sonra deyəcək ki, sən gələndə mən artıq populyar idim. Sənə ehtiyacım yox idi. Sən mənə neyləmisən ki?! Uzaqbaşı, yanımda diskimi daşımısan, mənə gələn toyları danışmısan. Bu sözləri eşitməkdənsə, istənilən tanınmayan müğənnini tanıtmaq daha rahatdır. Ən azından bilərəm ki, həmin müğənninin üzərində əməyim var. Əslində əməyimin müqabilində mənə hər zaman tələbat olub. Bu mərtəbəyə boş-boş sinəmə döyməklə gəlməmişəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm