Yayın ən dəbli cins yubkaları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən dəbli cins yubkaları - FOTOLAR

Cins parçalar öz aktuallığını qoruyub saxlayır. Cins köynəklər, şalvarlar, şortiklər, pencəklər çox populyardır. Yay-yaz aylarının əvəzolunmaz cins geyimləri hər üsluba rahatlıqla uyğunlaşır. Tabloid.az-ın dəb bölməsi bu gün cins yubkaları nə ilə və necə

Cins parçalar öz aktuallığını qoruyub saxlayır. Cins köynəklər, şalvarlar, şortiklər, pencəklər çox populyardır. Yay-yaz aylarının əvəzolunmaz cins geyimləri hər üsluba rahatlıqla uyğunlaşır. Tabloid.az-ın dəb bölməsi bu gün cins yubkaları nə ilə və necə geyinməyi izah edir:

Ağ köynəklə birləşdirin. Mavi cins yubka ilə ağ köynək ayrılmaz tərzlərə daxildir. İdman stilində olan cins yubkanı daha klassik göstərmək, həmçinin ofis tərzinə uyğunlaşdırmaq üçün ağ köynəkdən yaxşısını təsəvvür etmək mümkün deyil.

Cinsin yubkanı idman tərzi köynəklə birləşdirərək və aksessuarlar əlavə edərək öz tərzinizi yarada bilərsiniz. Dikdaban ayaqqabı ilə daha xanım-xatın görünüşə nail olarsınız.

Demin on denim (cinslə cinsi birləşdirin) formulunu tətbiq edə bilərsiniz. Cinslə cinsi uyğunlaşdırmaq 90-cı illərin əsas trendi idi. 90-cı illərin dəbinin öz təsiri kəskin şəkildə hiss etdirdiyi zamanda siz də bu qaydaya əməl edə bilərsiniz. Köynəyin daha nazik materialdan olması şərti ilə...

İş yerinizdə ciddi dress koda əməl etməli olursunuzsa, cins yubkanı bleyzerlə birləşdirə bilərsiniz. Ciddi və rəsmi üsluba fərqlilik qazandıraraq çəkici iş qadını obrazına nail olmaq ən ideal seçimdir.

Cins yubkanızı dikdaban səndəllərlə dost edin. Obrazınızı xüsusi vurğulamaq istəyirsinizsə, bu halda dikdaban səndəllərə müraciət edin. Onların yerini heç nə verə bilməz. Xüsusən də qələm yubkalarla bu ayaqqabıların uyğunluğu gözəldir. Güclü xanım üçün duruşunu və bədən quruluşunu ön plana çıxarmaq üçün bu tandemdən yaxşısı ola bilməz.

Təmtəraqlı görünmək istəməyən xanımlar cins yubkanın sadə köynəklə birləşdirə bilər. Lakin diqqətdən kənarda qalıb, maraqsız qadın obrazına bürünmək istəmirsinizsə, geyiminizə maraqlı aksessuarlar əlavə etməlisiniz. Məsələn, mövsümə uyğun neon rəngli ayaqqabılar ola bilər.

Qısa üstlər bu mövsüm hər şeylə uyğun gəlir. Cins yubkalar adətən yüksək belli olduğu üçün onları qısa toplarla tamamlamaq lazım gəlir. Qısa toplarla cins yubkaları mövsümün ən sevimli cütlüyü adlandıra bilərik.

Rok üslubuna biganə deyilsinizsə, cins yubkaları dəri gödəkcələrlə birləşdirə bilərsiniz. Ayaqqabı seçimində isə stiletto modelləri yaxşı seçim ola bilər. Çox şıq görünəcəyinizdən əmin ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm