Tabloid.az
Astroloji proqnoz - 24 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Risk etməyə məhkumsunuz. Çünki mövcud ideyalarınızı kerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər. Axşam maraqlı insanlarla görüşəcəksiniz.
BUĞA - Ümumi çalarlarına görə, uğurlu ərəfə hesab etmək olar. Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Ağzıdualı olun.
ƏKİZLƏR - Əsasən nahara qədər fəaliyyətlə bağlı uğurlu anlarınız çox olacaq. Bunun üçün aktivliyinizi artırmalısınız. Sonrakı saatlarda isə köhnə problemlər gündəmə gələcək.
XƏRÇƏNG - Ciddi işlərin həllinə həvəs göstərməyin. Əks təqdirdə sizə mane olanlar tapılacaq. Yaxşı olar ki, əsas diqqətinizi istirahətə yönəldəsiniz. Ürəyiniz istəsə, qonaq da getmək olar.
ŞİR - İxtiyarınızda olan bu gözəl gündə üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin. Yeni qərarlar səmərə verə bilər.
QIZ - Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. Ələlxüsus da kənar təsirlər əsəblərinizi qabarda bilər. Təmkinli olun. Yeni sövdələşmələrə başlamaq istəyirsinizsə, günortaya saxlayın.
TƏRƏZİ - Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti qayğılarınızı sizə unutduracaq. Qonaq çağrılsanız, həvəslə razılaşın. Ümumiyyətlə, bu gün yola çıxmaq uğurludur.
ƏQRƏB - Bəzi qanqaraçılıqlar gözlənilsə də, səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin. Bir sözlə, riskə getmək, mübahisə etmək, səfərə çıxmaq olmaz.
OXATAN - Fəaliyyət zəminində uğurlarınız mümkündür. Bunun üçün ilk növbədə işgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Amma səhhətinizi də qorumalı, mübahisədən qaçmalısınız.
OĞLAQ - Daxili sıxıntılarınızın artacağı mümkündür. Bu isə ətrafınızda olan insanların etibarsızlığından doğacaq. Bir tərəfdən səhhətinizdə, digər tərəfdənsə münasibətlərinizdə problemlər mümkündür.
SUTÖKƏN – Kənardan kömək olmasa hər hansı nailiyyətə yetişə bilməyəcəksiniz. Ümumiyyətlə, təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.
BALIQLAR – Daxili sıxıntılarınızın xeyli azalacağı gözlənilir. İstənilən prosesdə ədalət prinsiplərindən bəhrələnin. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı