Aygün Kazımovanın duet ortağı Ağ evdə narkotik çəkib – Video
Bizi izləyin

Tabloid.az

Aygün Kazımovanın duet ortağı Ağ evdə narkotik çəkib – Video

“Getdim ayaqyoluna girdim və orada marixuana çəkdim”.

“Getdim ayaqyoluna girdim və orada marixuana çəkdim”.

Məşhur rep ifaçısı Snup Doq maraqlı açıqlamaları ilə hər kəsi şoka salıb.

İfaçı verilişlərdən birində Ağ evdə narkotik vasitədən istifadə etdiyi barədə danışıb. Bu hadisənin ötən il baş verməsinə baxmayaraq o, bu barədə ancaq ötən gün danışıb.

Snup Doqun aparıcılıq etdiyi “Double G News Network” verilişinin budəfəki qonağı məşhur telejurnalist Cimmi Kimmel olub. Kimmi repçiyə “Nə vaxtsa Ağ evdə narkotik çəkmisən?” sualını verib. Snup Doq isə bu suala açıq cavab verib. O bildirib ki, 2013-cü ildə ABŞ prezidenti Barak Obamanın iqamətgahında təşkil etdiyi qonaqlıqda 36 dəvətlidən biri olub:

“Mükafatlandırma gecəsi idi. Darıxırdım, getdim ayaqyoluna girdim orada marixuana çəkdim”- deyərək rep ifaçısı hər kəsi şoka salıb.

Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm