Tabloid.az
Astroloji proqnoz - 25 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Əsas diqqətinizi ailə-sevgi məsələlərinə yönəldin. Elə addım atın ki, ünsiyyətdə olduğunuz adamların rəğbətini qazanasınız. Hər deyilən sözə və atmacalara əhəmiyyət verməyin.
BUĞA - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Bütün imkanlarınızı da məhz bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu və təcrübəli insanlarla görüşməyiniz sizə səmərə verə bilər.
ƏKİZLƏR - Təxminən saat 12-yə qədər gərgin əhval-ruhiyyədə olacaqsınız. Amma çalışın ki, bu enerjini başqasına ötürməyəsiniz. Axşam saatlarında isə ikili gəzintilərə çıxmaq olar.
XƏRÇƏNG - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan bəzi işləri təxirə salmalısınız. Hər hansı risk və ya qeyri-ənənəvi addım sizə zərər yetirə bilər. Tanrını başınız üstündə hiss edin.
ŞİR - "Ağac bar gətirdikcə başını aşağı salır". Çalışın siz də bu prinsipə əməl edəsiniz. Əmin olun ki, belə etsəniz, Göy qübbəsi sizə dayaq olacaq. Hətta şəxsi büdcənizi də artıra bilərsiniz.
QIZ - Ulduzların düzümü xoş bir gün yaşayacağınızdan xəbər verir. Maraqlı insanlarla görüşləriniz, eləcə də perspektivli təkliflər alacağınız gözlənilir. İnsanlara şübhə ilə yanaşmayın.
TƏRƏZİ – Mühüm bir işinizi reallaşdırmaq üçün köməyə böyük ehtiyacınız var. Amma əbəs yerə narahat olmağa dəyməz. Çünki nahardan sonra bu köməyi hiss edəcəksiniz. Odur ki, aktivliyinizi artırın.
ƏQRƏB - Ümumən gərgin təqvim olsa da, şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazanacaqsınız. Məhz bu amili nəzərə alıb pulla bağlı işlərinizi önə çəkin. Səhhətinizi də qoruyun.
OXATAN - Qərarlarınızda qətiyyətli olsanız, bu təqvim sizə xoş ovqat bəxş edəcək. Şəxsi işlərinizdə isə nəzərəçarpacaq irəliləyişlər labüddür. Bütün addımları ilk olaraq özünüz atın.
OĞLAQ - Əməkdaşlıq zəminində uğurlarınız mümkündür. Amma gərək hər bir işi qanun çərçivəsində həll edəsiniz. Axı siz məmur və ya iqtidar yetkilisi deyilsiniz. Bəxtinizdə pul da var.
SUTÖKƏN - Böyük uğurlar astanasında olduğunuzu nəzərə alan Göy qübbəsi sizə yardımçı olacaq. Bunun üçün gərək özünüz də əzmkar olasınız. Günün ikinci yarısında məntiqə uyğun risk etməyə dəyər.
BALIQLAR - Ümumi məziyyətlərinə görə bir qədər gərgin gündür. Ələlxüsus da saat 11-14 arası əsəbləriniz tarıma çəkilə bilər. Ən düşərli məqamları isə yalnız məhəbbətdə yaşayacaqsınız.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK