Keçmiş sevgilisi Ceniferə "ayı" dedi
Bizi izləyin

Tabloid.az

Keçmiş sevgilisi Ceniferə "ayı" dedi

45 yaşını qeyd edən Cenniferi təbrik edənlər arasında keçmiş sevgilisi Kasper Smart da olub

Ötən gün dünya şöhrətli müğənni Cenifer Lopezin ad günü olduğunu xəbər vermişdik.

45 yaşını qeyd edən Ceniferi təbrik edənlər arasında keçmiş sevgilisi Kasper Smart da olub.

Lopez ayrılmalarına baxmayaraq, rəqqas sevgilisi ilə dost qaldıqlarını desə də, heç kim buna inanmırdı. Deyəsən, elə buna görə də Kasperin Ceniferi təbrik etməsi birmənalı qarşılanmayıb. Buna səbəb isə Kasper Smartın qeyri-adi təbrik forması seçməsi olub.

Kasper Ceniferi təbrik etmək üçün ayı formalı tort hazırlatdırıb.

Rəqqas tortun şəklini "İnstagram" səhifəsində paylaşıb və ürək sözlərini yazıb:

“Dünyanın ən gözəl ayıcığı, ad günün mübarək! Bütün xəyallarının həyata keçməsini arzulayıram”.

Kasperin Ceniferə “ayıcığım”, deyə müarciət etməsi dünya mediasında müzakirələrə səbəb olub.

Qeyd edək ki, cütlük iki il münasibətdə olduqdan sonra bu ilin iyununda ayrılıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm