Tabloid.az
Tünzalə Ağayevanın möhtəşəm ziyafət libasları - Fotolar
Tünzalə Ağayeva təkcə xarici gözəlliyi ilə deyil, müdrikliyi, şarmı və individuallığı ilə seçilən ifaçı xanımlardan biridir. O, müxtəlif tədbirlərin, kübar ziyafətlərin, mərasimlərin ən arzulanan ifaçısıdır. Tünzalə Ağayeva özünəməxsus ifa tərzi və peşəkarlığı ilə yanaşı, zövqlü geyimləri ilə də fərqlənməyi bacarır. O, həqiqətən də qüsursuz zövq sahibidir. Tünzalə Ağayevanı biz həmişə dəb klişelərdən uzaq, aktual obrazlarda görürük.
Sözügedən qüsursuz obrazların müəllifi isə modelyer Gülnarə Xəlilovadır. Bu obrazlar şərq motivləri ilə qərb tendensiyaları ilə uyğunlaşdırılması əsasında hazırlanır. Gülnarə Xəlilova yaratdığı obrazların üzərində ən xırda detallara qədər hər şeyi düşünür, geyimləri asanlıqla uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə uğurlu eksperiment edir. Gülnarə Xəlilovanın ərsəyə gətirdiyi geyim nümunələrində əməkdar artist Tünzalə Ağayeva dəbdəbəli və zərif stili ilə hər zaman heyrət doğurur.
Bir sözlə, Gülnarə Xəlilovanın əl işləri və ziyafət libasları istənilən qadını gecənin ən şıq ulduzu etməyə iddialıdır.
Tabloid.az modelyerin Tünzalə Ağayeva üçün hazırladığı geyim nümunələrini, dəbdəbəli, qüsursuz ziyafət libaslarını bir araya toplayıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ