Nadirin “Maral”ını oğurladılar - Audiolar
Bizi izləyin

Tabloid.az

Nadirin “Maral”ını oğurladılar - Audiolar

Müğənni Nadir Qafarzadənin “Maral” mahnısını ermənistanlı müğənni mənimsəyib.

Müğənni Nadir Qafarzadənin “Maral” mahnısını ermənistanlı müğənni mənimsəyib.

Tabloid.az-ın məlumatına görə, sözügedən mahnını Temur Javoyan oxuyub. Mahnını ifa etməklə kifayətlənməyən müğənni bu mahnını yeni işıq üzü görəcək albomuna əlavə edəcəyini söyləyib.

Onu da əlavə edək ki, “Maral” adlı bəstəni ilk dəfə Türkiyədə o qədər də tanınmayan Dilək Şimşək adında bir müğənni lentə aldırıb.

Daha sonra Azərbaycandan müğənni N.Qafarzadə sözügedən bəstəni repertuarına daxil edib. Mahnını yeni aranjemanda ifa edən “Əjdaha” ləqəbli müğənnimiz “Maral” mahnısı ilə Azərbaycanda bu günə qədər olmayan rekord vurub. Belə ki, N.Qafarzadə yeganə Azərbaycan müğənnisidir ki, “YouTube” şəbəkəsində ifa etdiyi bir mahnısının baxış sayı 6 milyondan artıqdır.

Tabloid.az hər iki müğənninin ifasındakı mahnının audiosunu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm