Gülay Kamillə Qaxda dincəlir - Fotolar
Bizi izləyin

Tabloid.az

Gülay Kamillə Qaxda dincəlir - Fotolar

Müğənni Gülay Zeynalova “İnstagram”da yeni fotolarını paylaşıb.

Müğənni Gülay Zeynalova “İnstagram”da yeni fotolarını paylaşıb.

Tabloid.az xəbər verir ki, ifaçı hazırda ailəsi ilə birlikdə Qaxda dincəlir. Gülay müəllimi, xalq artisti Arif Babayevlə də olan şəklini sosial şəbəkədə yerləşdirib.

Yeri gəlmişkən, mətbuatda Gülayın həyat yoldaşı tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması ilə bağlı xəbərlər yayılmışdı. Deyilənə görə, Kamil yol polisi ilə mübahisə edərək ona əl qaldırıb. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb. Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində saxlanılıb.

Kamil Zeynalov Tabloid.az-a açıqlamasında isə xəbərin yalan olduğunu demişdi:

“Kobudluq çıxmasın, mən hələ elə harınlamamışam ki, dövlət işçisinə, polisə əl qaldırım. Hazırda ailəmlə birlikdə Qaxda istirahət edirəm. Sabah isə Bakıda olacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm