Yayın ən gözəl və romantik donları - Fotolar
Bizi izləyin

Tabloid.az

Yayın ən gözəl və romantik donları - Fotolar

Asqılı donun kənarlarında krujevalar varsa, üzərinə qolu uzun köynək geyinin. Asqılı donları sərin havalarda da dəyərləndirə bilərsiniz. Beləcə onu gündüz stili kimi geyinə bilərsiniz.

Asqılı donun kənarlarında krujevalar varsa, üzərinə qolu uzun köynək geyinin. Asqılı donları sərin havalarda da dəyərləndirə bilərsiniz. Beləcə onu gündüz stili kimi geyinə bilərsiniz.

Asqılı donun belinə köynək bağlayın. 90-cı illərə aid olan bu donu adi köynəklə romantik və idman üslubuna yaxın obraz halına salmaq olar.

Asqılı don geyindiyiniz zaman aksessuarları minimuma endirin. Asqılı donlar zəriflik və sadəlik simvolu olduğu üçün onu bəzək əşyaları ilə yükləməyə dəyməz. Ət rəngi ayaqqabılar, minimal səndəllə, təmtəraqdan uzaq çanta və nazik bir boyunbağı obrazı tamamlamağa kömək edir.

Asqılı donla bleyzer pencək geyinin. Kişi stilinə xas olan geyimlərlə geyinərək fərqli obraz yaratmış olarsınız. Bu stili fedora papaqları ilə tamamlamaq olar.

Asqılı donları yağışlı havalarda dəri pencəklə geyinin. Bu cür geyimlər dəri ilə əla qalır.

Asqılı donları sərin havalarda jaketlə geyinin. Gündəlik stil üçün əla variantdır.

Asqılı donları sərin axşamlarda cins pencəklə tamamlayın. Cins pencəyiniz yoxdursa, cins köynək geyinib qollarını qatlayıb, aşağısını da düyünləyə bilərsiniz.

Tabloid.az asqılı donlara aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm