Kənanın Beren Saata xərclədiyi pulun məbləği açıqlandı
Bizi izləyin

Tabloid.az

Kənanın Beren Saata xərclədiyi pulun məbləği açıqlandı

Berenin gəlinliyinin qiyməti açıqlandı

Bir-birlərinə ən çox yaraşan cütlüklərdən biri olan Beren Saat və Kənan Doğulunun toyu ilə bağlı təfərrüatlar açıqlanmağa davam edir.

İyulun 29-da Kənan Doğulu ilə ailə quran gözəl aktrisa Beren Saatın gəlinliyinin qiyməti Türkiyə mətbuatına məlum olub.

Belə ki, Berenin gəlinliyinin 30 min lirəyə (təxminən 15 000 AZN) başa gəldiyi bildirilir.

Aktrisa "Rene Caovilla" brendindən olan ayaqqabılarına 2 min 700 lirə, (təxminən 1350 AZN) "Philip Treacy" brendindən olan şlyapasına isə 5 min lirə (təxminən 2500 AZN) ödəyib.

Qeyd edək ki, Kənan Doğulu toy hədiyyəsi olaraq gözəl aktrisaya 300 min lirəlik (təxminən 150 000 AZN)qızıl boyunbağı və sırğa bağışlayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm