Hamar və düz qarına sahib olmağın ipucları
Bizi izləyin

Tabloid.az

Hamar və düz qarına sahib olmağın ipucları

İdeal qarına sahib olmağın ipucları

Qadın bədəninin ən gözəl və eyni zamanda, ən problemli nahiyəsindən biri də qarındır. Düz, hamar qarın ətrafdakıları heyrətləndirir, piyli qarın isə nəinki insanda komplekslər yaradır, həmçinin ətrafdan xeyli tənqidlər dinləməsinə şərait yaradır.

Məlum olduğu kimi, artıq kiloların orqanizmdə qeyri-bərabər toplanmaq xüsusiyyəti var. Bundan ən çox əziyyəti isə qarın çəkir. Ona görə də tabloid.az bu gün düz və gözoxşayan qarına sahib olmağn müxtəlif yollarını sizlərlə bölüşəcək. Üsullar müxtəlifdir, onların hamısını və ya ürəyinizə yatanı sınaya bilərsiniz.

Əgər düz, hamar qarına sahib olmaq istəyirsinizsə, bədəndəki yağı əmən 7 sehrli qida haqqında mütləq məlumatlı olmalısınız. Tabloid.az həmin məhsulların adlarını açıqlayır:

1.Yumurta. Əgər siz səhər yeməyində yumurta yeməyi sevmirsinizsə, gündüz və ya axşam menyusuna mütləq onu əlavə edin.

2. Qıcqırdılmış, turşudulmuş kələm. Onu ət, balıq və kartof xörəklərinin yanında yeyə bilərsiniz.

3. Sobada bişmiş kartof. Bir ədəd orta, bişmiş kartofu səhər yeməyində təzə tərəvəzlərlər, pendirlə yemək olar.

4. Yağlılığı 2 faizdən artıq olmaya yoqurt.

5. Ənginar. Ənginar çəki salmaq, arıqlamaq üçün yaradılıb desək yanılmarıq. Ənginar sellülozanın ən zəngin mənbəyidir.

6. Paxla, lobya antioksidantlarla zəngindir və qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Bununla da iştahanı tənzizmləyir.

7. Badam. Bir çox diyetoloqları fikrincə, uğurlu arıqlamanın sirri gün ərzində az-az, tez-tez yeməkdir. Badam təzə meyvələrlə birlikdə çox yaxşı qəlyanaltıdır. Çünki bu ləpəli sellülozla zəngindir.

Düz və hamar qarın üçün pəhriz zamanı düzgün qidalanma:

Bu pəhriz qarnı möhkəm və yastı edəcək. Pəhrizin vəzifəsi bel nahiyəsindəki yağı əritmək və mədə-bağırsağın işini düzgün nizamlamaqdır. Pəhriz özündə sağlam qidalanmanı və fiziki hərəkəti birləşdirir. Beləliklə, pəhrizin şərtlərini açıqlayırıq:

1. Duzdan imtina edin.

2. Spirtli içkidən tamamilə imtina edin.

3. Aşağıdakı iki məhsulun istehlakını maksimum azaldın: Şirniyyat və ağ çörək.

4. Tez-tez və az-az qidalanın. Hər gün 5 dəfə, 3-3,5 saatdan bir qida qəbul etmək məqbuldur.

5. Rasionda portoğal, limon şirəsi, kahı üstünlük təşkil etməlidir.

6. Rasiondan qəhvəni çıxardın, yaşıl və ya ağ çayı isə mütləq hər gün için.

7. Gün ərzində ən azı 1,5 litr su için.

Qarın üçün pəhrizin təxmini menyusu isə belədir:

Səhər yeməyi: İlıq bişirilmiş yumurta, bir dilim qurudulmuş çörək dilimi;

İkinci səhər yeməyi: Bir alma və portağal;

Nahar: 250 qram toyuq döşü və ya 200-250 qram yağsız balıq, tərəvəz salatı

Günorta yeməyi: Bir boşqab tərəvəz supu və ya ətsiz şorba;

Şam yeməyi: 200-250 qram qrildə və ya quru tavada bişirilmış apelsin

Düz qarın üçün təmizləyici kisel

Упражнения для живота

Bu kisel vasitəsilə artıq çəkidən qurtulacaqsınız, bağırsağınız təmizlənəcək ki, bununla həzm sisteminin işi asanlaşacaq.

Hazırlanması:

Bu təmizləyici içkinin hazırllanması üçün bir ovuc yulaf lopası, qara gavalı və çiy şəkildə sürtgəcdən keçirilmış çuğundur lazımdır. Bu inqrediyentlərin üzərinə 2 litr su əlavə edin və zəif odda 15 dəqiqə bişirin. İçkinin həlimi kiselə bənzəyəcək. Bu müddətdə qaraciyər nahiyəsinə isti qrelka qoymaq yaxşı olardı.

Səhər yeməyi əvəzinə kiseli içmək lazımdır. Həftədə 1 dəfə mədə-bağırsağa istirahət vermək üçün gün ərzində ancaq bu kiseldən istifadə etmək çox faydalıdır.

Qarın üçün hərəkətlər

Pəhrizlə yanaşı düz qarın üçün bir neçə sadə hərəkətləri yerinə yetirilməkdə fayda var. Amma unutmayın ki, məşqdən öncə yüngül qızışdırma hərəkətləri etməlisiniz. Məsələn başı yanlara və önə əymə, çiyinlərin dairəvi hərəkəti, gövdənin yanlara və aşağı əyilməsi, növbə ilə bir ayaq üstündə önə çıxmalar və s. Buna təxminən 10 dəqiqə vaxt ayırın. Düz qarın üçün hərəkətləri daha düzgün etmək üçün onu fotolarla təqdim edirik:

Упражнения -

Çox faydalı məsləhətlər:

1.İdman edəndə çox sərbəst, paltar geyinin ki, hərəkətləri rahat edəsiniz. Məsələn, idman paltarı.

2.İdmanla məşğul olanda tərkibində kalsium olan qıdalardan çox istifadə edin ki, sümüklər və əzələlər möhkəm olsun. Otuz yaşdan yuxarı insanlara daha çox kalsium lazımdır.

3.Əgər qısa müddətdə düz, hamar qarına sahib olmaq istəyirsinizsə, duz və şəkəri tamamilə menyudan çıxardın. Nəticəni qısa müddətdə görəcəksiniz.

4.Qaraciyəri və bağırsaqları təmizləyin. Təmizləmə prosedurasını mütəxəssislərin nəzarəti altında həyata keçirin!

5.Rahatlanın! Stress haqqında unudun! Alimlər sübut etmişlər ki, stress qarında piylərin toplanmasına şərait yaradır. Bu barədə düşünün.

6.Qamətinizə fikri verin! Əyri, qozbel bel qarnı daha qabarıq edir!

7. Siqareti atın! Dərhal deyil, bunu yavaş-yavaş edin. Ümumiyyətlə, əgər əvvəllər siqaret çəkməmisinizsə, arıqlamaq üçün bu addımı atmayın! Siqaret arıqlatmır!

8.Qarın üçün hərəkətlərin icrası zamanı inadkarlıq göstərin. Nəisə alınmayanda həvəsdən düşməyin, əsəbiləşməyin. Yenə cəhd edin!

9. Meyvə və ya meyvə şirəsi arasında seçim edərkən üstünlüyü birinciyə verin. Çünki meyvədə sellüloza daha çox olur.

10. Yatmağa bir neçə saat qalmış, səyahətə çıxmağa hazırlaşanda yeməkdən imtina edin

11. İdman edəndə özünüzü zorla hərəkətləri etməyə məcbir etməyin! Əgər ağrı hiss edirsinizsə, yorulmusunuzsa, bir az fasilə verin, istirahət edin.

12.İdmanı edərkən döşəməyə rezin və yun xalça sərin. Otaqda rahat idman edə biləciyiniz yeri seçin.

13.İdmandan dərhal sonra qida qəbul etməyin! Bu, təkcə səhhətinizə mənfi təsir göstərməz, eyni zamanda, orqanizmdə ağrıya səbəb olacaq. İcra etdiyiniz idmanın təsirini hiss etməzsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm