“Miss Globe International” müsabiqəsinin final tarixi dəyişdi
Bizi izləyin

Tabloid.az

“Miss Globe International” müsabiqəsinin final tarixi dəyişdi

“Miss Globe International” müsabiqəsinin final tarixi dəyişdi

“Miss Globe International” Gözəllik Müsabiqəsinin final tarixi dəyişib.

Yarışmanın direktoru Savaş Agca Tabloid.az-a açıqlamasında bildirib ki, final avqustun 27-də olacaq.

Müsabiqə möhtəşəm şou ilə açılacaq. Həmin gün demək olar ki, bütün dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq.

Təşkilatçı onu da qeyd edib ki, “Miss Globe International” haqda ancaq onun mətbuata açıqlama vermək hüququ var. Mətbuatda müsabiqə haqda yazılacaq digər xəbərlər əsassızdır.

Savaş Ağca mətbuatda müsabiqənin təxirə düşməsi barədə yazılanlara da aydınlıq gətirib:

“Müsabiqənin təxirə düşməsi haqda söhbət gedə bilməz. Sadəcə məlum səbəbdən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq niyyətindəyik. Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik".

Müsabiqədə qonaq qismində tanınmış simalar- Demet Akalın, Gökhan Özen, İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Gecənin aparıcısı isə Türkiyənin tanınmış aktrisa və aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası Barboros Sansal və başqa süpriz isimlər də müsabiqəyə təşrif edəcəklər. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən “Kanal D magazine”, “Star magazine”, “Show Tv magazine”, “Tv8 Magazin” proqramlarının çəkiliş qrupu da Bakıya gələcək.

Təsadüfi deyil ki, müsabiqənin şüarı “Dünya Azərbaycana gəlir” adı altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm