Tabloid.az
Röyanın əri boşanmadan danışdı
Röya həyat yoldaşı, biznesmen Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib.
Tabloid.az-ın məlumatına əsasən, xeyli vaxtdır boşandığı deyilən müğənni nəhayət, xəbəri təsdiqləyib. Belə ki, hələ bir il öncə Röyanın boşanması ilə bağlı xəbərlər dolaşırdı. Buna səbəb kimi isə onun Türkiyədə çəkilən “Göndər” adlı mahnısına çəkilən klipdə açıq dekoltesi olub.
Cütlüyün boşanma səbəbi bəlli deyil. Gəzən şayiələrə görə, Röya ilə Anarın münasibəti çoxdan idi ki, yolunda deyildi. Hətta yaxınları belə, onları az hallarda birgə görürdü. Röyanın başı Türkiyə şou-biznesindəki işlərinə qarışmışdı. Anar isə hər zamankı kimi öz biznesi ilə məşğul idi. Müğənninin sözlərinə görə, onlar rəsmi olaraq çoxdan ayrılıblar.
Məhz indi bu haqda Lent.az-a açıqlama vermək qərarına gəliblər:
“Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş. Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb”.
Anar Cəlilov da məsələ ilə bağlı danışıb. O, bu haqda “İnstagram” səhifəsində yazıb:
“Boşanmışıq. Xahiş edirəm, bir də bu haqda danışmayın”.
Xatırladaq ki, Röya ilə Anar 2008-ci ilin avqustun 22-də ailə həyatı qurmuşdular. Onlar ümumi dostlarının toyunda tanış olublar. Onların Hüseyn adlı bir övladı var.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı