Tabloid.az
“Bizim Teatr” festivalı
Bakı Uşaq Teatrı “Bir teatr-bir festival” layihəsi çərçivəsində ikinci festivalını keçirməyə hazırlaşır.
“Bizim Teatr” adlandırılan festivalın 2014-cü il martın 27-29-
da Bakıda keçirilməsi nəzərdə tutulur. Azərbaycan Teatr Xadimləri
İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi
hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara
öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda
festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır. Xatırladaq
ki, Bakı Uşaq Teatrının daxilində 2011-ci ilin oktyabr ayında
mono-tamaşalar festivalı keçirilib.
Hazırda Bakı Uşaq Teatrında çalışan hər aktyor ikinci festival
üçün öz tamaşasını hazırlayır. Onlardan bəziləri mono-tamaşa,
bəziləri isə, iki və daha artıq aktyorun iştirakı ilə qurulan
tamaşalardır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb
və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan
ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə,
klassik, pantomim, eksperimental və s. olmaqla 13 tamaşa üzərində
iş gedir. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan)
keçən tamaşalar buraxılacaq.
Festivalın açılışı 27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan
Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Ümümiyyətlə
“Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nın tamaşa
zalının səhnə və foyesində nümayiş etdiriləcək.
Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə,
festivala qonaq qismində Türkiyənin, İranın, Gürcüstanın da teatr
kollektivlərinin qatılacağı gözlənilir.
baku-art.az
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO