Oksana hindli münsifləri heyran qoydu - Video
Bizi izləyin

Tabloid.az

Oksana hindli münsifləri heyran qoydu - Video

Oksana Rəsulova Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə iştirakını uğurla davam etdirir.

Oksana Rəsulova Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə iştirakını uğurla davam etdirir.

Tabloid.az xəbər verir ki, Oksana növbəti çıxışı zamanı münsiflər heyətini heyran qoyub. Belə ki, onun yuxarıdan iplə başıaşağı halda sallanaraq təqdim etdiyi mono tamaşası münsif üzvlərinin çox xoşuna gəlib.

Hər üç münsif üzvü Oksananı tərifləyərək, haqqında yüksək fikirlər söyləyiblər.

Bundan başqa, Oksana “Facebook” profilində Ermənistan-Azərbaycan sərhəddində əsgərlərimizin şəhid olmasına kədərləndiyini bildirib:

“Mən Hindistana gələndən pis xəbərləri daha çox eşidirəm. Buna görə üzülürəm. Amma nə edə bilərəm, burada Azərbaycanı təmsil edirəm, hələ ki, qayıda bilmərəm. Allah hər kəsə səbir versin!”.

Onu da deyək ki, Oksana Rəsulovanın qatıldığı şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm