Tolik Aygünlə işləməkdən imtina etdi
Bizi izləyin

Tabloid.az

Tolik Aygünlə işləməkdən imtina etdi

Tolik Aygünlə işləməkdən imtina etdi

Tolik Aygün Kazımovanın solo konsertini təxirə salıb.

Tabloid.az xəbər verir ki, konsertin təşkilatçısı olan qalmaqallı prodüser xalq artistinin avqustun 22-də Nabranda verəcəyi konsertinin olmayacağını bildirib.

O, bu hadqa “İnstaqram” bloqunda yazıb. Bunu Azərbaycan-Ermənistan sərhəddində şəhid olan əsgərlərimizin ruhuna hörmət əlaməti olaraq etdiyini qeyd edib:

“Aygün Kazımovanın avqustun 22-də Nabranda olacaq konsertini təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması hamını sarsıdıb. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqrəba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm