İşgüzar xanımın həftəlik obrazları - Fotolar
Bizi izləyin

Tabloid.az

İşgüzar xanımın həftəlik obrazları - Fotolar

İşgüzar xanımın həftəlik obrazları - Fotolar

Kruiz kolleksiyaları səyahət və bayram ab-havasını əks etdirdiyindən hər zaman rəngli və yaddaqalan olur. Tabloid.az "buro 247.az"-a istinadən iş günlərində də istirahət əhvalını saxlamaq istəyən işgüzar xanımlara kruiz kolleksiyalarından həftənin yeddi gününə uyğun seçdiyi ən maraqlı geyimləri təqdim edir.

Bazar ertəsi - Dior resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Dior resort 2015 kolleksiyası minimalizm və şıqlığı ilə seçilir. Mürəkkəb assimmetrik kəsimlər və qeyri-adi texnika ilə dizayn edilmiş yeni kolleksiya Bruklində təqdim olunub. Dior-un bu kolleksiyası azadlığı və müstəqilliyi təlqin etdiyindən, əsas ilham mənbəyi kimi Azadlıq heykəli götürülüb. İşgüzar, özünəəmin, müasir xanımların bu kolleksiyanı bəyənəcəyinə tamamilə əminik. Moda evinin kreativ direktoru Raf Simonsun sözlərinə görə, bu dəfə onlar zərif obrazlar yaratmaq, amma minimalizm ruhunu qoruyub saxlamağa çalışıblar. Məhz buna görə də müasir kolleksiya həm romantik, həm də sadə şıqlığa önəm verən xanımlarımızın zövqünü oxşayacaq. Kolleksiyada bir tərəfdən qara, bej və bozun hakimliyi, digər tərəfdən də qızmızı, göy, portağal çalarlarının ahəngi izləyicinin diqqətindən yayınmır. Klassik ofis pencəklərindən yorulan, amma iş obrazında əsaslı dəyişiklik etməkdən ehtiyat edən xanımlar sadə, abstrakt geyimlərlə yanaşı, krujeva, klassik qara kostyum, bluzların da mövcud olduğu bu universal kolleksiyanı nəzərdən keçirə bilərlər.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Çərşənbə axşamı - Chanel resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Chanel diqqətini Şərqə yönəldərək və ərəb mədəniyyətindən ilhamlanaraq yeni kolleksiyasını ərsəyə gətirib. Kolleksiyada yer alan yüngül, uçuşan materiallar, milli ərəb ornamentləri, qızılı çalar makiyaj və obrazın yekunu kimi ay formasında dizayn edilmiş diadema ona inanılmaz sirlilik qatır. Karl Lagerfeldin sözlərinə görə, builki Chanel kolleksiyası ilə o, Şəhrizad haqqında yeni nağıl yazıb. Bu "Min bir gecə" nağılında hətta vərdiş etdiyimiz Chanel pencəkləri də şərq ruhunda dizayn edilib və müxtəlif ornamentlərlə yeni həyat qazanıb. Dizayner milli ərəb geyimləri olan abai, şarovar, Əlləddinsayağı ayaqqabılara tamamilə fərqli bucaqdan baxaraq, dəb dünyasına yeni dəbdəbə anlayışını gətirdi. Təsadüfi deyil ki, kolleksiyanın nümayişi məhz Dubayda baş tutub. Modelyerin fikrincə, bu bahalı şəhər kolleksiyanın ruhunu daha yaxşı yansıdır.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Çərşənbə - Alexander McQueen resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Karl Lagerfelddən fərqli olaraq, Sara Berton dəb həvəskarlarını nağıl dünyasından qopararaq, yapon və fransız mədəniyyəti mövzusuna yönəltdi. Yaponların ipək kimonosundan ilhamlanaraq yaradılan builki Alexander McQueen kolleksiyası Bricit Bardonun obrazı ilə birləşdikdə ortaya 60-cı illərin ruhunu əks etdirən çox maraqlı iş çıxdı. Qalın kirpiklər, həcmli saç düzümləri və ağ, qırmızı, qara rənglərin birliyi kolleksiyanın ilk diqqətçəkən detallarıdır. Anri Matista tərzində elementləri yapon kimonosu və qalın kəmərlərlə birləşdirən dizayner kolleksiyaya qeyri-adi nəfəs verməyi bacarıb. Kolleksiyada öz yerini alan dəri gödəkcə, mozaika işləməli xəzlər və iri gül detalları geyimlərə 3D effekti verir. İş qarderobuna ancaq ən yaxşı nümunələri əlavə edərək, onların illərlə aktuallığını itirməyəcəyinə əmin ola bilərsiniz. Üstəlik, qırmızı və ağ rənglərin ideal uyğunluğuna arxalanaraq, bu iki rəngi ofis geyimində istədiyiniz qədər eksperiment obyektinə çevirə bilərsiniz.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Cümə axşamı - Nina Ricci resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Nina Riccinin yeni 2015 resort kolleksiyası özündə tamamilə fərqli ənənələri birləşdirir. Dizayner Piter Koppinqin sözlərinə görə, o, fərqli mədəniyyətlərdən müxtəlif elementləri götürərək, onları dəbə uyğunlaşdırıb. Nina Ricci-nin kruiz kolleksiyası "National Geographic" jurnalının üçcildli nəşrindən ilhamlanaraq yaradılıb. Kolleksiya jurnalın özü qədər rəngarəngdir. Burada fransız romantizmini, Afrika qəbilələrinin rəngarəng elementlərini, hətta amerikasayağı idmanı və Meksika ornamentlərini də görmək mümkündür. Minimalist ruhda dizayn edilmiş açıq çəhrayı və ağ donlar, sadə kombinezon və fil sümüyü rəngində olan şiffon bluzlar dəb evinin təkrarsız tərzini əks etdirir. Bu dəfə moda evi kolleksiyasında gündəlik geyimlərə daha çox yer ayırdı. Məhz buna görə də dəri gödəkcə, rəngli ətəklər, şıq pencəklərlə zəngin olan bu kolleksiyanı işə, oradan isə birbaşa müxtəlif mərasimlərə geyinmək olar.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Cümə - Valentino resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Məşhur Meksika rəssamı Frida Kalonun yaradıcılığına vurğun insanlar Valentino-nun yeni resort kolleksiyasını böyük sevinclə qarşılayıb. Çünki bu kolleksiya məhz onun qeyri-adi tərzini, rənglərlə eskperimetlərini, inqilabi xarakteri, folk-art üslubunu əks etdirir. Valentino resort 2015 bayram və səyahət ab-havasında dizayn edilib. Mifik simvollar, cənnət quşları, rəngli kəpənəklər, uzun balaqlar, sehirli işləmələrdən görünür ki, dizaynerlər uzaq sehirli dünyadan bizə pənah gətirib. Üstəlik, kolleksiyada Valentino Qaravaninin 1973-cü ildə yaratdığı göy qurşağı printi də yer alıb. Sürrealist notlarda dizayn olunmuş bu kollesiyadan işgüzar xanımlar özlərinə uyğun gödəkcə, bluz və hətta ciddi şalvarlar da seçə bilərlər. Ən maraqlısı isə odur ki, bu geyimlər iş həftəsini başa vurub, dostlarla qəhvə içməyə yollanmaq üçün idealdır. Güllü, animalist motivlər, böyük aksessuarlar isə müasir dəb qanunlarını mükəmməl əks etdirir.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazıResort 2015: işgüzar xanımın həftəlik obrazı

Şənbə - Marchesa resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Marchesa brendi hər zaman olduğu kimi qadın zərifliyini vurğulamağa səy göstərir. Budəfəki kruiz kolleksiyası da gözləntiləri yanıltmadı. Zəriflik və eleqantlığın hər zaman aktual olacağı vurğulanaraq, ən gözəl kokteyl və ziyafət geyimləri kolleksiyası yaradıldı. Açıq rənglərin birliyi və təbiilik kolleksiyanı impressionalist ruhuna daha da yaxınlaşdırır. Marchesa hər donunda bir sevgi hekayəsi yaratmağa müvəffəq oldu. Zərif çalarlar incə qara rəngə qovuşur və əsl dramatizm yaranır. Nazik gül printi şiffon parça, zərif güpür, qadın incəliyini üzə çıxaran maraqlı aplikasiyalar və pastel çalarları şənbə gecəsi məclislərinə ideal uyğun gəlir. Xüsusilə, çəhrayı rəng və qara güpürün sərhədsiz birləşməsi işgüzar xanımların əlamətdar gün obrazına əlavə şıqlıq qatacaq.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Bazar - Zuhair Murad resort 2015

Resort 2015: işgüzar xanımın həftəlik obrazı
Heç kimin şübhəsi yoxdur ki, Zuhair Murad qırmızı xalı obrazlarının ən istedadlı yaradıcılarından biridir. Onun mərasim geyimləri hər zaman dəbdəbə və zərifliyi ilə seçilir. Yeni kruiz kolleksiyasında modelyer yenə də öz adətinə sadiq qalıb. Onun sözlərinə görə, yeni kolleksiya möhtəşəm safaridən söz açır. İlhamlanmaq üçün Afrikaya yollanan modelyer şiffon və krujevadan möhtəşəm donlar yaradıb. Mürəkkəb dekordan ibarət bu geyimlər Misir ilahələrinin sehirli obrazını göz önünə gətirir. Rənglərə gəldikdə isə ağ, qara, göy, firuzəyi, mavi və qırmızının gözqamaşdıran çalarları geyimlərə əlavə şarm bəxş edib. Odur ki, özünəəmin iş xanımları ziyafət gecəsində hamını heyran etmək və göz qamaşdırmaq üçün bu möhtəşəm kolleksiyaya nəzər sala bilərlər.

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı

Resort 2015: işgüzar xanımın həftəlik obrazı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm