Gülben Ergenin keçmiş həyat yoldaşından şok etiraf
Bizi izləyin

Tabloid.az

Gülben Ergenin keçmiş həyat yoldaşından şok etiraf

Gülben Ergenin keçmiş həyat yoldaşından şok etiraf

Gülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan "Seyahatname" jurnalına verdiyi müsahibədə hər kəsi təəccübləndirib.

Türkiyəli müğənni Gülbən Ergənin keçmiş həyat yoldaşı və "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri Mustafa Ərdoğan verdiyi müsahibəsində sənətçi ilə olan evliliyinə münasibət bildirib.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Anadolu Atəşinin” rəhbəri Mustafa Ərdoğan 2012-ci ildə boşandığı və 3 oğlu olan keçmiş həyat yoldaşının adını çəkmədən haqqında danışıb. Sətiraltı mənalarda keçmiş həyat yoldaşı haqqında bunları bildirib:

“Eşq məsələlərində sinifdə qalmışam. Sevgiyə olan inamım tükənib. Ya həddindən artıq qırılmışam, ya mənimlə eyni planetdən olan insanlar artıq yoxdur. Artıq aşiq ola bilmirəm. Sevmək qabiliyyətimi itirmişəm. Sonuncu təcrübəm də bunu sübut etdi. O, məni yerlə-yeksan elədi”.

M.Ərdoğanın “Yenidən ailə qurmağı düşünürsünüzmü" sualına isə cavabı isə “Əsla!” olub. Jurnalistin “Eşq sizin üçün nə ifadə edir?” sualına cavabında “uşaqlarının onun üçün sevgini ifadə etdiyini vurğulayıb.

Mustafa Ərdoğandan 2012-ci ildə boşanan və telejurnalist Ərhan Çeliklə ailə qurmağa hazırlaşan Gülbən Ergen keçmiş həyat yoldaşına "Bir atanın uşaqlarına verə biləcəyi ən böyük hədiyyə onların analarını sevməkdir" şəklində sitəm etmişdi. G.Ergenin əvvəlki nikahından üç oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm