Tolik: “Eltonu təbrik etməyin!”
Bizi izləyin

Tabloid.az

Tolik: “Eltonu təbrik etməyin!”

Tolik: “Eltonu təbrik etməyin!”

Bu gün müğənni Elton Hüseynəliyevin doğum günüdür. Müğənni ad gününü şəhərimizin restoranlarından birində öz ailə üzvləri, sənət dostları ilə birlikdə qeyd edəcəyi barədə hələ bir neçə gün öncə açıqlama vermişdi. Ancaq cəbhə xəttində baş verənlərlə əlaqədar olaraq o, ad gününü qeyd etməyəcək. Tabloid.az xəbər verir ki, bu məlumatı onun prodüseri Tolik “İnstagram” səhifəsində paylaşıb.

“Sabah Eltonun ad gününü keçirəcəkdik. Hətta 100-ə qədər qonağın siyahısı tutulmuşdu, restoranı da danışmışdıq. Amma Elton dünən mənə zəng edərək dedi ki, Tolik ad gününü təxirə salaq. Mən də eyni fikirdə olduğumu söylədim . Bu konsert deyil ki, ad günüdür. Elton əslən Qubadlıdandır və əhd elədik ki, inşallah gələn il ad gününü Gubadlıda qeyd etmək mənə nəsib olar inşallah! Bütün şou-biznes əhlindən, tanışlardan xahiş edirəm heç kim saat 12dən sonra Eltonun şəklini paylaşıb təbrik etməsin! Yalnız istəsəniz, özünə təbrik mesajı göndərə bilərsiniz. Sosial şəbəkələrdə bunu etməyin! Sabah şəhidlərimizin 7-sidir, Unutmayın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm