Xanım İsmayılqızı vəfat edən oğluna şeir ithaf etdii
Bizi izləyin

Tabloid.az

Xanım İsmayılqızı vəfat edən oğluna şeir ithaf etdii

Xanım İsmayılqızı vəfat edən oğluna şeir ithaf etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və bəstəkar Xanım İsmayılqızı bu günlərdə dünyasını dəyişən oğluna şeir ithaf edib.

Tabloid.az xəbər verir ki, X.İsmayıqızı şeiri “Facebook” səhifəsində paylaşıb.

O yandan necə görünür

Bu dünyanın viran yeri?

Bəlkə elə biz ölüyük,

Bəlkə elə sənsən diri?

Yığışmışıq köçümüzə,

Başdan ayağa bir heçik.

Bizim qəbrimiz böyükdü,

Səninkisə bizdən kiçik.

Acından ölürük burda,

Öz içimizi yeyirik.

Bir qəfəslik qonaq kimi,

Dayanacaq gözləyirik.

Qeyd edək ki, Xanım İsmayılqızının oğlu Fərid ötən ayın əvvəlində ürək tutmasından dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm