Xanımları çəkici və məsum göstərən saç stilləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımları çəkici və məsum göstərən saç stilləri - Fotolar

Xanımları çəkici və məsum göstərən saç stilləri - Fotolar

Bildiyimiz kimi hörüklü saçlar hakimiyyətini davam etdirir. Toppuzlarda, at quyruğunda və açıq saçlarda hörüklərdən həddindən artıq istifadə edilir. Hörük modeli demək olar ki, hər mövsüm qarşımıza çıxır.

İki yandan hörülmüş saçların ancaq kiçik qızlara aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki dizaynerlər bu saç stilini məşhur modellərdə sınaqdan keçiriblər. Bu sınaq uğuru alındığı üçün qış aylarında iki yandan atılmış hörüklü saçların dəbə minəcəyi şübhə doğurmur. Givenchy, Marc Jacobs və Alexander McQueen kimi moda evləri də 2014-2015 payız qış kolleksiyalarında bu cür saç modelinə üstünlük veriblər.

İki yandan hörük modeli həm bohem, həm də məsum uşaq obrazı yaradır. Fransız, yaxud sünbül hörük texnikasından istifadə edərək tətbiq edə bilərsiniz.

Podiumlarda qara saç lentindən istifadə də mövsümün digər bir trendidir. İki yandan hörük modelini açıq saçlarda da edə bilərsiniz. Bunun üçün hər ikisini toplamaq mütləq deyil.

İki yandan hörülmüş saçı başınızın arxasından düyünləyərək birləşdirə bilərsiniz.

Tabloid.az ilham ala biləcəyiniz iki yandan hörük modellərinə aid bir neçə nümunə təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm