Dərini ilbizlə cavanlaşdırmaq üsulu
Bizi izləyin

Tabloid.az

Dərini ilbizlə cavanlaşdırmaq üsulu

Dərini ilbizlə cavanlaşdırmaq üsulu

Tokioda gözəllik salonlarından biri təbii yapon ilbizdən istifadə etməklə üz dərisini cavanlaşdıran qulluq təklif edir. Tablid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üz dərisinin elastikliyini qorumaqla, quru, qabıq verən hissələri də bərpa edir.

Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.

Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.
Hələ qədim Yunanıstanın və Romanın nəzəriyyəçi loğmanları ilbizdən hazırlanmış vasitələri yanıqlardan tutmuş, hamiləlik problemlərinədək müxtəlif xəstəliklərin dərmanı sayırdılar. Lakin bu zaman ilbiz müştərinin üstündə rahatca gəzə bilmirdi. Onu əvvəlcə öldürmək lazım gəlirdi.

Günümüzdə satışda olan ilbiz tərkibli krem və maskaların böyük bir qismi üzdəki sızanaq, yanıq, çapıq izlərinin müalicəsi üçün istifadə olunur. Ancaq bəzi dermotoloqların ilbiz şirəsi ilə bağlı mübahisəli iddiaları var. Məşhur dermotoloq Bobbi Bukaya görə, təbiətdəki bəzi canlılar insanlar üçün faydalı xüsusiyyətlər daşıyır. Ancaq bu xüsusiyyətləri onları birbaşa alıb dərinizə qoya biləcəyiniz mənasına gəlməz. Çünki bəziləri insanlarda allergiya, qara basma, hətta iflic olmağa belə şərait yaradır. Buna görə də hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm