Boşanan müğənni: “Yüküm ağırdır, altında qalarsınız”
Bizi izləyin

Tabloid.az

Boşanan müğənni: “Yüküm ağırdır, altında qalarsınız”

Bir neçə gün öncə həyat yoldaşı Anar Cəlilovdan boşanması xəbərini rəsmi şəkildə elan edən Röya deyəsən, növbəti sevgi axtarışındadır.

Bir neçə gün öncə həyat yoldaşı Anar Cəlilovdan boşanması xəbərini rəsmi şəkildə elan edən Röya deyəsən, növbəti sevgi axtarışındadır.

Tabloid.az xəbər verir ki, müğənni özünün “İnstagram” bloqunda bu haqda yazıb. İfaçı gözəllik salonunda çəkdirdiyi fotosunu paylaşaraq, “Gözəllik ondur, doqquzu sevgidir. Həyatımda olduğunuz üçün çox sağ olun. Dərdimi isə çəkməyin, yüküm ağırdır, altında qalarsınız” şərhini yazıb.

Qeyd edək ki, cütlüyün boşanma səbəbi bəlli deyil. Gəzən şayiələrə görə, Röya ilə Anarın münasibəti çoxdan idi ki, yolunda deyildi. Hətta yaxınları belə, onları az hallarda birgə görürdü. Röyanın başı Türkiyə şou-biznesindəki işlərinə qarışmışdı. Anar isə hər zaman olduğu kimi öz biznesi ilə məşğul idi. Müğənninin sözlərinə görə, onlar rəsmi olaraq çoxdan ayrılıblar.

Anar Cəlilov da məsələ ilə bağlı danışıb. O, bu haqda “İnstagram” səhifəsində yazıb:

“Boşanmışıq. Xahiş edirəm, bir də bu haqda danışmayın”.

Xatırladaq ki, Röya ilə Anar 2008-ci ilin avqustun 22-də ailə həyatı qurmuşdular. Onlar ümumi dostlarının toyunda tanış olublar. Onların Hüseyn adlı bir övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm