Eldar Qasımov: “Güclü atışma səsləri eşitdim”
Bizi izləyin

Tabloid.az

Eldar Qasımov: “Güclü atışma səsləri eşitdim”

“Eurovision-2011” qalibimiz Eldar Qasımov Ukraynanın “Komsomolskaya pravda” (“Комсомольская правда”) qəzetinin redaksiyasında keçirilən onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Eurovision-2011” qalibimiz Eldar Qasımov Ukraynanın “Komsomolskaya pravda” (“Комсомольская правда”) qəzetinin redaksiyasında keçirilən onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Tabloid.az qəzetin internet saytına istinadən xəbər verir ki, müğənni Ukraynanın “Eurovision-2013” iştirakçısı Zlata Aqneviçlə birgə oxuduğu duetin yaranma ideyasından danışıb:

“Çoxdan qeyri-adi duet oxumaq fikrim var idi. Zlata ilə tanışlığımız isə keçən ilin yazında təyyarədə Kiyevdən Bakıya uçarkən oldu. Ona qədər Zlata ilə qiyabi tanış idim. Onun çıxışını, “Eurovision 2013”ü izləyən zaman görmüşdüm. Özünü və səsini çox bəyənmişdim. Təyyarədə tanış olanda, hər şeydən, həmçinin yaradıcılıqdan danışdıq. “Notebook”-um yanımda idi. Zlataya mahnılarımı göstərdim. Həmin mahnıların arasında da bizim indi ifa etdiyimiz “Ice And Fire” da var idi. Biz mahnıya qulaq asdıq və qərara aldıq ki, bu mahnıya birgə duet oxusaq, əla alınar”.

E.Qasımov Zlato ilə bağlı təəssüratlarını da ifadə edib:

“O, mənim çox xoşuma gəldi. Hətta tanışlıqdan 3 dəqiqə sonra belə qənaətə gəldim ki, biz onunla çox oxşarıq. Budur, biz artıq dueti oxumuşuq. Onun premyerası canlı olacaq. Özü də Ukraynanın “Uşaq Eurovision” müsabiqəsində, qalibin seçildiyi gecədə təqdim ediləcək. Düşünürəm ki, daha sonra biz Azərbaycanda və Ukraynada qastrollarda olacağıq”.

E.Qasımov Ukrayna ilə bağlı xoş fikirlərini də ifadə edib:

“Sizin ölkəniz möhtəşəm və komfortludur. Burada özümü evimdəki kimi hiss edirəm. Bəzən elə yerlər olur ki, zamanla uyğunlaşırsan, burada isə tamam əksinədir. Ola bilsin ki, burada özümü rahat hiss etməyim Kiyevdə tez-tez olmağımla bağlıdır. Sonuncu dəfə burada fevralda çəkilişlərdə olmuşam. Ukraynada insanlar sevməyi bacarırlar”.

E.Qasımov Maydan hadisələrindən də danışıb. Həmin ərəfədə Kiyevdə olmaqdan çəkinmədiyini vurğulayıb:

“Qətiyyən qorxmadım. Çünki biz özümüz də artıq 20 ildir ki, müharibə şəraitində yaşayırıq. Mən şəhərdən kənarda qalırdım, iğtişaşlar isə mərkəzdə idi. Deyirdilər ki, sakitçilikdir. Amma təşkilatçılarla danışanda güclü atışma səsi eşidirdim. Hətta bizim qaldığımız yerə şəhərdə atılan güllələrin yanıq qoxusu gəlirdi. Bir dəfə isə dayana bilmədim, Maydanda nələr olduğunu görmək istədim. İnsanların əzmkarlığı, mübarizəsi məni çox təsirləndirdi. Həmin an dərk etdim ki, Azərbaycanda, vətənimdə nələr baş verir. Müharibənin mahiyyətini anladım... Xalqlarımızın itirdiklərini dərk etdim... Biz də əsgərlərimizi itirdik, onlara görə pis oluram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm