Dilarə Əliyeva xəyanətdən danışdı - Eksklüziv, Fotolar
Bizi izləyin

Tabloid.az

Dilarə Əliyeva xəyanətdən danışdı - Eksklüziv, Fotolar

Müsahibimiz əməkdar artist, aktrisa Dilarə Əliyevadır. “Üç bacı” serialının çəkilişlərinin bitməsini səbirsizliklə gözləyirdik. Çünki Dilarə xanım çəkilişlərdən dolayı müsahibəyə zaman tapa bilmirdi. Sevilən aktrisamız axır ki, bizə də vaxt ayırdı.

Müsahibimiz əməkdar artist, aktrisa Dilarə Əliyevadır. “Üç bacı” serialının çəkilişlərinin bitməsini səbirsizliklə gözləyirdik. Çünki Dilarə xanım çəkilişlərdən dolayı müsahibəyə zaman tapa bilmirdi. Sevilən aktrisamız axır ki, bizə də vaxt ayırdı. Beləliklə, aktrisanın Tabloid.az saytına müsahibəsini təqdim edirik. Buyurub, oxuya bilərsiniz!

- Yay bitmək üzrədir. Bildiyimə görə, çəkilişləriniz də yoxdur. İstirahət üçün hər hansı planınız var?

- Təbii ki, ailəmlə istirahətə gedəcəyəm. Çünki yayda dincəlməyəndə bütün qış uzunu işləmək elə də asan olmur.

- Maraqlıdır, yeni mövsümdə şou-biznes nümayəndələri ilə layihələriniz gözlənilir?

- Mən artıq televiziyada şou-bizneslə bağlı layihə təqdim etmək fikrində deyiləm. 15 il bu işi gördüm. Mənə görə artıq hər şey bitdi. Ümumiyyətlə, hələlik heç bir layihə etmək istəmirəm. Ona görə heç vaxt demirəm, çünki sonra nə baş verəcəyini bilmirəm. Mən sözünə xilaf çıxan insanlardan deyiləm. Amma elə layihə ola bilər ki, böyük məmnuniyyətlə aparıcılıq edərəm.

- Yerli telekanallarda üslub və janrından asılı olmayaraq kifayət qədər seriallar nümayiş olunur. Onların arasında bəyənib izlədiyiniz var?

-D oğrudur, yerli seriallar kifayət qədərdir. Zəif işlər barədə danışmayacam. Çünki zəif seriallar da nə zamansa təkmilləşib yaxşı olacaq. Əsas odur ki, həmin işin arxasında böyük əziyyət çəkən komanda dayanır. Hər kəs istəyər ki, sonda nəticə yaxşı olsun. Nəticə yaxşı deyilsə, bunun da öz səbəbləri var. Serialın tam formada olmamasının müəyyən səbəbləri olur. Təbii ki, səbəb nəticəni dəyişmir. Amma hər halda həmin səbəbləri mən də bilirəm. Seriala baxanda zəif tərəflərinin səbəbini görə bilirəm.

- Sizcə, aktyorların kamera qarşısında süni oyun nümayiş etdirməsinin səbəbi nə ilə bağlıdır?

- Bu, aktyorların az-az çəkilməsindən xəbər verir. Çox işləmək lazımdır. Yəni aktyor hətta film və ya seriala çəkilməyəndə belə öz üzərində işləməlidir. Bəzən çəkilmədiyim günlər olur. Onda mən evdə özüm məşq edir, özümə aid məşğələləri edirəm. Yəni üzərimdə durmadan çalışıram. Tamaşaçı üçün obrazımın adiləşməməsi üçün daima öz üzərimdə işləyirəm. Düşünürəm ki, bir az təcrübəyə ehtiyac var. Serial da aktyorun kamera ilə məşqi deməkdir. Çəkildikcə püxtələşirsən.

- Filmlə serial çəkilişi arasında böyük fərq var. Sizin üçün hansında çəkilmək daha çətindir?

- Yəqin əksəriyyət bu suala belə cavab verər ki, serialda çəkilmək filmdə çəkilmək daha asandır. Amma mən hər birinə eyni münasibətlə yanaşıram. İllərdir çəkilməyimə, oynamağıma baxmayaraq, hazırlıqsız çəkiliş meydançasına girmirəm. Gecə saat 2, ya da 3 olsa belə əlimdə olan materialı oxuyuram. Yaxşıca məşq edib, sonra çəkiliş meydançasına gəlirəm. Nə zamansa ola bilər ki, hazırlıqsız çəkiliş meydançasına gedim. Amma o vaxt mən sanki özümə xəyanət etmiş olacağam. Mən isə xəyanəti qəbul eləmirəm. İşimi çox sevirəm, məsuliyyətlə yanaşıram. Bilirsiniz çəkiliş meydançasına necə gəlirəm? Dərsini yaxşı öyrənən, özünü göstərməyə çalışan şagirdlər, tələbələr kimi. Yəni hər zaman işimin məsuliyyətini bilirəm.

- İrəvan Dram Teatrında çalışmısınız. Yəqin ki, teatr səhnəsində daha çətin olar, nəinki kino və ya serial çəkilişlərində?

- Əslində hamısında çətindir. Teatrın, serialın və film çəkilişlərinin öz çətinliyi var. Və hər birinin də öz estetikası, yanaşması var. Teatrda rahat deyil, tamaşaçı var. Amma serial çəkilişindən fərqli olaraq, teatrda oynadığın xarakteri məşq edib, hazırlamağa heç olmasa iki ay vaxtın olur. Serial çəkilişində isə tez, mobil hazır olmaq lazımdır. İndi hətta çəkilişlərdə dubllara belə vaxt yoxdur. Zəhmət çəkib, yaxşı oynamaq lazımdır. Teatrda isə hazırlıqsız, məşq etmədən olmur. Aylarla işin içində “bişmədən” mümkün deyil. Teatrın təcrübəsi isə aktyorun püxtələşməsi üçün çox vacibdir.

- Hər zaman deyirlər ki, gənc aktyorlara yol açmaq, irəli çəkmək lazımdır. Burada bir nüans var, həmin gənclərin istedadı vacib deyilmi?

- Təbii ki, istedadsız mümkün deyil. Aktyorun yaşından asılı olmayaraq, onun istedadı yoxdursa, bu, acınacaqlı haldır. İstedadlı insan o vaxt kamil olur ki, onu təhsili və bazası var. Belə olan halda onu tamaşaçı görüb, sevir.

- Bir az da ailənizdən danışaq. Çox zaman çəkilişlərdə olursunuz. Ailənizə, uşaqlara zaman ayıra bilirsiniz? Ümumiyyətlə, hər ikisi də məsuliyyətli olan bu işlərin öhdəsindən gəlmək sizin üçün çətin deyil ki?

-Çox çətindir. Ailədə hər kəs mənim durumumu və işimi bilir, normal yanaşır. Onu da deyim ki, xarakter etibarı ilə deyib-gülməyi, pozitivliyi, yüksək əhval-ruhiyyəni çox sevirəm. Əhvalımı korlayacaq neqativ hadisələrdən uzaq dururam. Efirdə insanı mənfi notlara kökləyən xəbərin anonsunu izləyəndə üzümü yana çevirirəm ki, baxmayım. Çünki qəlbi kövrək insanam, mənə həqiqətən pis təsir edir. Özümlə çox ciddi məşğul oluram. Üzümə qulluq edirəm. Əvvəllər cəfərini ət maşınından keçirir, xamaya qatıb, üzümə çəkirdim. İndi isə mezoterapiya etdirirəm. İldə bir dəfə müalicə alıram. Bundan sonra heç bir maskaya ehtiyac qalmır. Saçlarıma maskalar edirəm. Tez-tez saç diblərimi masaj etdirirəm ki, saçlarım hər zaman formada qalsın. Özümə aid gözəllik rituallarım var.

- Özünüzü necə formada saxlayırsınız?

- Xüsusi pəhrizim yoxdur. Mənə nəyin ziyanlı, nəyin xeyirli olduğunu bilirəm. Yağlı yeməklərdən, kərə yağından, qızartma xörəklərdən uzağam. Tort və digər şirniyyat məmulatlarını yemirəm. Orqanizmimin şəkər ehtiyatını quru meyvələrlə təmin edirəm. Ən çox buxarda bişən tərəvəzlər yeyirəm. Səhərlər mütləq idman edirəm. Fitnes və akvaaerobika ilə məşğul oluram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm