Teflon tavadan gələn xərçəng təhlükəsi
Bizi izləyin

Tabloid.az

Teflon tavadan gələn xərçəng təhlükəsi

Ev xanımlarımız mətbəxlərində böyük məmnuniyyətlə teflon örtüklü qazan və tavalardan istifadə edirlər. Teflon materialı ilk öncə hərbçilərin diqqətini cəlb etmiş və uzun müddət radarların istehsalında istifadə edilib. Yalnız 20 il keçəndən sonra bu mater

Ev xanımlarımız mətbəxlərində böyük məmnuniyyətlə teflon örtüklü qazan və tavalardan istifadə edirlər. Teflon materialı ilk öncə hərbçilərin diqqətini cəlb etmiş və uzun müddət radarların istehsalında istifadə edilib. Yalnız 20 il keçəndən sonra bu materialdan mətbəx qazanlarının, tavalarının istehsalında istifadə edilib. Lakin teflon örtüklü qabların təhlükəsizlik məsələsi hələ də açıq qalır.

Türkiyənin Sağlıq Bakanlığının Xərçənglə Savaş Dairəsinin rəhbəri professor Murat Tuncer teflon tava və qazanla bağlı narahatlığını dilə gətirib. Onun bildirdiyinə görə, narahatlığı yaradan bu tavaların hazırlanmasında istifadə edilən perflorooktanoik turşusu (PFOA) adlı maddənin istifadəsindən qaynaqlanır. Demə, laboratoriya araşdırmasından məlum olub ki, bu maddənin çox yüksək miqdarda istifadəsi heyvanlarda şiş əmələ gətirmə riski yaradır.

Murad Tuncer bunları qeyd edib:

"Emal səhvi olmazsa, tavaların tərkibindəki maddənin qana qarışma ehtimalı yox deyiləcək qədər azdır. Lakin Amerikada aparılan araşdırmalar göstərir ki, teflondan istifadə edənlərin qanında bu maddə az miqdarda da olsa aşkarlanıb. Xülasə, yüksək istehsal standartı olan teflon tavalar üçün xərçəng riski baxımından xüsusi narahatlıq yoxdur. Amma bu tavalar yaxşı istehsal edilməzsə, və yaxud yüksək səviyyədə istehsal edilmiş tava zədələndikdən sonra istifadə edilərsə, təhlükə realdır.

Tuncer uşaqlar üçün yüksək temperaturda hazırlanan yeməklərin kanserogen təsirinin azaldılması üçün təkliflərlə çıxış edib. O bildirib ki, sadəcə, teflon tava və qazanlarda deyil, həmçinin digər materiallardan hazırlanmış tavalarda yağlı kağız istifadə edilməsi məqbul olardı. Təbii ki, sobada hazırlanan xörəklərdə bu kağızdan istifadə etmək olar.

“Bundan başqa, xanımlara köhnəlmiş teflon tava istifadə etməməyi, teflon tavaların cızılmamasına diqqət etməyi, cızılan zaman bir daha istifadə etməməyi tövsiyə edərdim”

Onu da qeyd edək ki, bu tavaların keyfiyyəti, insan səhhətinə təsiri daim tədqiq edilir. Amerikalı alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, teflon örtük qızan zaman benzol ayırır. Doğrudur, toksinlərin ayrılması temperatur 220-250 dərəcədən artıq olanda baş verir və benzolun qatılığı yol verilən həddən yüksək olmur. Zədələnmiş örtük isə daha təhlükəlidir. Əgər teflon örtüyü çəngəl və ya hər hansı bir iti əşya ilə zədələnmişsə, mütəxəssislər bu qabdan istifadə etməyi məsləhət görmürlər.

Polimerlərin toksikologiyası laboratoriyasının mütəxəssisləri iş praktikasında belə bir halı qeyd etmişdilər ki, Çində istehsal olunan teflon örtüklü tava normadan 10 dəfə artıq formaldehid ayırırmış. Ona görə də, qab-qacaq seçərkən, yalnız üstündə keyfiyyət nişanı olan mallara diqqət yetirin. Onlar etibarlı sayılırlar.

Qab-qacağın keyfiyyətini yalnız mütəxəssislər aydınlaşdıra bilərlər. Onların fikrincə, qazan və tavalar istifadə edilən zaman yaranan xoşagəlməz qoxu heç də qabların zəhərli olmasını sübut etmir. Qoxudan azad olmaq üçün qabı yaxşıca yumaq və onda zəif sirkə məhlullu suyu qaynatmaq lazımdır.

Lakin melamindən, polistiroldan və ya plastmasdan düzəldilmiş qab-qacağın xoşagəlməz qoxusu səhhətimiz üçün təhlükə mənbəyidir. Belə ki, firma mallarından fərqli olaraq, ucuz Çin qabları özündə zəhərli maddələr çələngini cəmləşdirir.

Qabların üzərinə vurulan qeyri-sabit şəkil təhlükədən xəbər verə bilər. Belə ki, şəkil çəkiləndən sonra yandırılmır və asanlıqla soyulur, qida ilə kontaktda olanda isə zəhərli maddələr ayırır. Üstü hamar olmayan qablar da keyfiyyətsizdir. Kənarlarına naxış çəkilmiş badə və piyalələrdən də istifadə etmək məsləhət deyil. Çünki zəhərli maddələr orqanizmə selikilə daxil ola bilər.

Ölkəmizdə də satılan qabların çeşidi genişdir: müxtəlif ölkələrdə istehsal olunan, müxtəlif qiymətdə və uyğun keyfiyyətdə. Bazarlarda melamindən hazırlanan ucuz Çin qabları, plastmasdan düzəldilən İran qabları satılır. Sirr deyil ki, qaynar su ilə əlaqədə olarkən bu qablardan zərərli kimyəvi maddələr ayırır. Bu qabların əksəriyyətinin istehsalçısı göstərilmir. Sağlamlığınızın qayğısına qalırsınızsa, mətbəxdə belə qab-qacaqdan, qazan və tavalardan istifadə etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm