Tabloid.az
Dərini Günəşin mənfi təsirlərindən qoruyan qidalar
Bu qidalar günəşin zərərli şüasından qoruyur
Müasir dövrdə Günəşin zərərli şüasından qorunmağın müxtəlif yolları vardır. Təyin olunmuş vaxtlarda Günəşə çıxmaq, yüksək qoruma faktorlu kremlərdən və eynəklərdən istifadə əhəmiyyətlidir. Bundan əlavə yay aylarında qida rasionuna ciddi fikir vermək də vacibdir. Məsələn, elə qidalar var ki, onlar Günəşin mənfi şüasından qorumaq qabiliyyətinə malikdir. Həmin qidalara omega 3, pomidor, tünd şokolad, yaşıl yarpaqlı tərəvəzlər, yaşıl çay və çiyələk aid edilir.
- Omega-3 zəngin qida olmaqla bərabər hüceyrəyə dəyən zərərin qarşısını alan xüsusiyyəti var.
- Tərkibində likopen maddəsi və antioksidant olan pomidor UV şüaları səbəbindən dəridə meydana gələ biləcək ləkələri əngəlləyir.
- Tünd şokoladının tərkibində olan falvonoidlər dərini qoruyucu xüsusiyyəti baxımından əhəmiyyətlidir. Dərialtı qan dövranını sürətləndirməyə, dərinin nəmli qalmasını təmin edir. Tərkibindəki kakao nisbəti yüksək olduğundan faydalı qida hesab olunur.
- Yaşıl yarpaqlı tərəvəzlərdən cəfəri, nanə, reyhan, şüyüd, ispanaq da xeyirlidir. Xüsusən yaşıl yarpaqlı bitkilərin tərkibindəki dərini Günəşdən qoruyan polifenol adlı birləşmələr insanı Günəşin zərərli təsirinə qarşı qoruyur.
- Yaşıl çay tərkibindəki kateşin ultrabənövşəyi şüaların dəriyə yönəltdiyi mənfi təsirləri azaldır. Yaşıl çayın dəri xərçənginə qarşı qoruyucu xüsusiyyəti var.
- Çiyələk tərkibində olan C vitamini baxımından dəri sağlamlığı üçün əhəmiyyətli meyvə hesab olunur.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB