Kənan və Beren bal ayından qayıtdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Kənan və Beren bal ayından qayıtdı - Fotolar

İki həftə öncə Malibu sahillərində möhtəşəm toy mərasimi ilə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyü bal ayından qayıdıb

İki həftə öncə Malibu sahillərində möhtəşəm toy mərasimi ilə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyü bal ayından qayıdıb.

Əl-ələ görüntülənən cütlük hava limanında jurnalistlərin suallarını cavablandırıblar. “Çox xoşbəxtik, əhvalımız yaxşıdır”, deyən Beren və Kənanın xoşbəxtlikləri gözlərindən oxunub.

Türkiyənin ən gözəl aktrisalarından olan Beren Saatın saç rəngi də diqqət çəkib. Bal ayını fürsət bilən aktrisa saçının rəngini açıb və kölgələr vurdurub. Aktrisanın yeni saç tərzi çox bəyənilib.

Qeyd edək ki, cütlük bal ayından qayıdan kimi Bodruma üz tutub. Beren və Kənanı Bodrumda da təqib edən paparassilər onları çimərlik geyimində çəkiblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm