Qadını gəncləşdirən süd vannasının faydaları
Bizi izləyin

Tabloid.az

Qadını gəncləşdirən süd vannasının faydaları

Süd vannası insanı inanılmaz dərəcə rahatladır, sakitləşdirir, həm də dərini gəncləşdirir. Günün gərginliyi üzərimizdən atmaq üçün əla vasitədir. Tabloid.az faydalı süd vannalarının reseptlərini təqdim edir:

Ballı süd vannası üçün 1 fincan qarğıdalı nişastası, 2 fincan süd tozu, 2 yemək qaşığı balı mikserdə qarışdırıb yaxşıca qarışdırın. Bu mayenin yarısını isti süd vannasının içinə əlavə edib ləzzətini çıxardın.

Yulaf unlu və süd vannası üçün 1 fincan qarğıdalı nişastası, yarım stəkan yulaf ununu mikserdə yaxşıca qarışdırın. Əldə edilən məhlulun yarısını süd vannasının içinə əlavə edin. Əlavə olaraq süd vannasının içinə qızılgül yarpaqları, yaxud lavanda əlavə edə bilərsiniz.

Bitki tərkibli süd vannası üçün 1 fincan qarğıdalı unu, 1 çay qaşığı təbii bitki yağı lazımdır. Zövqə görə kəklik otu da əlavə edə bilərsiniz. İsti suya 1 stəkan əlavə edin və bütün yorğunlunuzu çıxarın.

Darçınlı süd vannası üçün 1 fincan süd tozu, 1 çay qaşığı soda, yarım stəkan toz halında yulaf unu, 2 çay qaşığı qarğıdalı nişastası və 1 çay qaşığı darçın lazımdır. Bütün bunları yenə mikserlı qarışdırıb vannaya əlavə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm