56 min dollarlıq manikürlə diqqət çəkməyə çalışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

56 min dollarlıq manikürlə diqqət çəkməyə çalışdı - Fotolar

“MTV Video Musiqi Mükafatları-2014” mərasimindən bir neçə gün keçməsinə baxmayaraq, həmin gecənin detalları hələ də insanları təəccübləndirir

“MTV Video Musiqi Mükafatları-2014” mərasimindən bir neçə gün keçməsinə baxmayaraq, həmin gecənin detalları hələ də insanları təəccübləndirir.

Xüsusilə də gecədə iştirak edən ulduzların geyimləri və aksessuarları xarici şou-biznes aləmini gündəmindən düşmək bilmir. Mərasimin qırmızı xalısında ən çox diqqət çəkən ulduzlardan biri də məşhur müğənni Rita Ora idi.

Seksual müğənni uzun yarıqlı və sinə dekolteli, yataq paltarını xatırladan qırmızı libası ilə diqqət çəkib.

Digər bir maraqlı məqam isə müğənninin qeyri-adi manikürü olub.

Məlum olub ki, Rita Ora təkcə manikürü üçün 56 min dollar xərcləyib. Ritanın bahalı üzükləri ilə yanaşı, yaqut və brilyantlardan hazırlanan hörümçək şəkilli dırnaq aksesuarları da maraqla qarşılanıb.

Qeyd edək ki, Rita Ora həmişə özünü Rihannaya bənzətməyə çalışdığı üçün tənqid olunur. Müğənninin bu qədər açıq-saçıq geyinməsini və çılğınlığının da Rihannaya ciddi rəqib olduğunu sübut etməyə çalışması ilə əlaqələndirirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm