Təcavüzdən qoruyan dırnaq boyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Təcavüzdən qoruyan dırnaq boyası - Fotolar

Belə görünür ki, xüsusilə türk filmlərində Nuri Alçonun istifadə etdiyi qızları yuxuya verib təcavüz etmək taktikası artıq işə yaramayacaq

Şimali Karolina Dövlət Universitetinin bir qrup tələbəsi “Undercover Colors” adlı dırnaq boyası yaradıblar.

Bu dırnaq boyasının xüsusiyyəti içkiyə tökülən dərmanı müəyyən edib qadını xəbərdar etməsidir.Bunun üçün içkinin içində yuxu verən və s. dərmanların olduğundan şübələnən qadın barmağını içkinin içinə salmalıdır.

Əgər şübhələriniz doğrudursa, bu zaman dırnaq boyası rəngini dəyişdirəcək.

Belə görünür ki, xüsusilə türk filmlərində Nuri Alçonun istifadə etdiyi qızları yuxuya verib təcavüz etmək taktikası artıq işə yaramayacaq.

Tələbələr dırnaq boyasını satışa çıxarmaq üçün maddi dəstək gözləyirlər.

Qeyd edək ki, təkcə ABŞ-da qadınların 18 faizi təcavüzə uğramaq təhlükəsi ilə üzləşirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm