İnsanı sakitləşdirən qidalar hansılardır?
Bizi izləyin

Tabloid.az

İnsanı sakitləşdirən qidalar hansılardır?

Son vaxtlar aparılan araşdırmalar qəbul etdiyimiz qidaların insanın ruh halına təsir etdiyini sübut edir

Son vaxtlar aparılan araşdırmalar qəbul etdiyimiz qidaların insanın ruh halına təsir etdiyini sübut edir.

Demə qidalar insanın psixologiyasına təsir edir, onu aqressivləşdirir, sakitləşdirir və ya depressiyaya salır.

Çünki qidalardakı müxtəlif maddələr beyinin funksiyalarına təsir edir, bu da bədənimizdə həm kimyəvi, həm də psixoloji dəyişikliklrə gətirib çıxarır.

Əgər dorğu qidalardan istifadə etməyi öyrənsəniz, daha pozitiv və xoşbəxt olmağı asanlıla bacararsınız.
Tabloid.az sizin üçün hansı qidaların ruh halına necə təsir etdiyini araşdırıb:

D vitamini

Tərkibində D vitamin olan qidalar yedikdə beyindəki serotonin maddəsinin səviyyəsi yüksəlir. Bu da insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.

Araşdırmalar göstərir ki, xüsusilə də mövsüm dəyişiklikləri ilə bağlı olaraq özünü yorğun hiss edən insanlar tərkibində bol miqdarda D vitamini olan qidalardan istifadə edərək bu problem həll edə bilərlər.

D vitaminini daha çox Günəşdən alırıq. Tərkibində D vitamini olan qidalar isə balıq, balıq yağı, yumurta, kartof, pendir və sairdir.

Yorğunluğu aradan qaldırmaq üçün bu qidalardan istifadə edin!

İspanaq, dəniz məhsulları, qırmızı bibər kimi qidalar insana enerji verir. Həmçinin günlük qida rasionunuzda yağsız quzu əti və yumurtanın olması önəmlidir.

Karbohidratlar

Tərkibində bol miqdrada karbohidrat olan qidalar insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Bu həmin qidaların tərkibində həm də amin turşularının olmasından qaynaqlanır.

Şokolad, banan və süd kimi qidalar bu qəbildəndir.Bu qidaların tərkibindəki təbii amin turşuları serotonin hormonunun istehsalını sürətləndirir.

Səhərlər badam, xurma, fındıq kimi meyvələr yesəniz, gün boyu özünüzü möhtəşəm hiss edəcəksiniz.

B vitamini

Ruh halına təsir edən digər bir vitamin də B vitaminidir. Bədəndə B6 ve B 12 vitaminlərinin çatışmazlığı depressiyaya səbəb olur. Bunun qarşısını almaq üçün ət , süd , yumurta, toyuq kimi qidalardan bol miqdarda yeməlisiniz.

Sağlam qidalanmaq ruh halına necə təsir edir?

Bəzən stress depressiyaya gətirib çıxarır. Ancaq sağlam qidalanan insan nə qədər gərgin vəziyyətə düşsə də, stressli vəziyyətin köləsi olmur. Onun beyni sürətli qərarlar verir və o yorğun hiss etmədiyi üçün hər bir işin öhdəsindən asanlıqla gəlir. Sağlam qidalanmayan insan isə daim yorğun olur və kiçik bir problem belə onu həyatdan bezdirə bilir.

Müətəxəsislər çobanyastığı çayının insanı sakitləşdirdiyini deyirlər. Hələ bu çaya bir dilim də limon əlavə etsəniz, stress sizə yaxın gələ bilməz.

Depressiyadan uzaq olmaq üçün tərkibində seleni olan qidalardan da istifadə etmək vacibdir.

İnsan yediklərinə bənzəyir

Hələ də yediklərinizin ruh halınıza təsir etdiyinə inanmırsınız? Onda özünüz müşahidə aparın. Doğru qidalanmadıqda birdən-birə, ortada heç bir səbəb yox ikən stress keçirdiyinizi, həyatdan bezdiyinizi və aqressivləşdiyinizi hiss edəcəksiniz. Sadəcə olaraq insanlar bu halları gündəlik həyatda qarşılaşdıqları problemlərə əlaqələndirilər. Düzdür əlbəttə, ətraf mühitin və həyatımzdakı insanların psixologiyamıza təsiri böyükdür. Ancaq ən az onlar qədər yediklərimiz də bizim özümüzü necə hiss edəcəyimizi müəyyənləşdirir.

Sonda onu qeyd edək ki, aparılan araşdırmalar göstərib ki, 7 həftə ərzində əlavə selen qəbul edən 16 xəstə depressiyadan çıxıb. Bu da bir daha sübut edir ki, lazımlı qidaları yeyərək daha stressiz və xoşbəxt həyat yaşaya bilərik.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm