Tabloid.az
Roza Zərgərli indi də teleaparıcı olacaq - Fotolar
Tabloid.az xəbər verir ki, ifaçı sentyabrın 15-dən etibarən ATV telekanalında nümayiş olunacaq “Bakı vaxtı ilə” verilişində tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi Azərbaycanın unudulmaz korifeylərini bir daha gündəmə gətirməkdir. Həftənin şənbə günləri yayımlanacaq proqramda mədəniyyətimizdə iz qoymuş sənətkarlardan danışılacaq. Verilişin ilk buraxılışı Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunacaq. Proqramda məhrum sənətkarın şəxsi həyatından tutmuş peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.
Qeyd edək ki, ilk verilişin qonaqları “Şöhrət” ordenli Arif Qazıyev, tarzən, xalq artisti Zamiq Əliyev, əməkdar artist Aybəniz Haşımova və Almaz Orucova olacaqlar.
“Bakı vaxtı ilə” verilişinin redaktor heyətində Tural Sevdimalıyev, Zabir Əliyev, Elnurə Nağıyeva yer alıblar. Proqramın prodüseri Ataş Hüseyn, PR menecerləri Cavid Sayilov, Aytac Bayramzadə, direktoru isə Elşən Babayevdir. Layihə həm də ideya müəllifi olan Roza Zərgərlinin təqdimatında efirə gedəcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ