Dodaq boyasının rəngləri nədən xəbər verir?
Bizi izləyin

Tabloid.az

Dodaq boyasının rəngləri nədən xəbər verir?

Diqqət çəkən qırmızı və ya göz qamaşdıran çəhrayı...

Hər bir xanımın makiyajının ən son tamamlanma nöqtəsi düzgün seçilmiş dodaq boyasıdır. Dodaqlarında fərqli rəngləri təcrübədən keçirməyi xoşlayan qadınlar var. Lakin qadınların kişilər üçün də bəzəndiyini unutmaq lazım deyil. Tabloid.az bunu nəzərə alaraq həm dodaq boyalarının nədən xəbər verdiyini, həm də kişilərin sevdiyi və sevmədiyi pomada rəngləri haqqında maraqlı məlumatları toplayıb.

Teylor Sviftin klassik qırmızı pomadası sanki “Mənə baxın!", bütün diqqətləri üzərimdə hiss etmək istəyirəm deməkdir”. Rəfiqələrinizlə bir yerdə oturub, əks cinsin nümayəndəsi ilə tanış olmağa can atırsınızsa, qırmızı axtardığınız rəngdir. Qırmızı həm də flirt etməyə hazır olduğunuzu bildirir.

Bleyk Layvlinin odlu çəhrayı pomadası klassik və romantik çəhrayı tonlarına daxil deyil. Bu rəngdə daha çox punk, rok ulduzu və macəra axtaran insanların ruhu var. Sizin fərqli olmaqdan qorxmadığınızı bildirir. Odlu çəhrayı dodaq boyası çəkən qızların yaxşı musiqi zövqü olur. Onlar romantik şahzadə deyillər.

Runey Maranın tünd qəhvəyi pomadası riskli olmaqdan qorxmuram deyən cəsur qadınların rəngdir. Onlar fərqlənməyi xoşlayırlar. Bu baxımdan fərqliliyi sevənlər üçün idealdır.

Cenifer Lopezin təbii dodaq boyası kimi dəri ilə eyni rəngdə pomada çəksəniz, uzun müddət soyuq yerdə qalmış bir adama ya da cəsədə bənzəyəcəksiniz. Bu rəng çox sıxıcıdır. Neytral rəngli dodaqlar qadınları gözəl göstərmir.

Kristen Dunstın açıq narıncı pomadası kimi pomada çəkən qızların şən, pozitiv, fərqli və əyləncəli xarakterə malik olduğu anlaşılır. Həmçinin özünə güvənin də yüksək olduğu düşünülür. Yeni şeyləri təcrübədən keçirməyi xoşlayaırlar.

Leydi Qaqanın metalik pomadası gənc qızlara aid pomadadır. Yəni, yetkin yaşda və ciddi geyim üslubu olan qadının bu pomadadan istifadə etməsi düzgün deyil, onları bəsit göstərir.

Onu da qeyd edək ki, kişilər adatən qadınlarda incə çəhrayı, qırmızının daha zərif tonlarını və yumşaq qəhvəyi tonlarında olan pomadaları çox xoşlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm