Tabloid.az
Kişilər qadınların bu hərəkətlərinə dözə bilmirlər
Tabloid.az Türkiyə mətbuatına istinadən kişilərin qadın xasiyyətində nifrət etdiyi məqamları açıqlayır:
1. Kişilər səliqəsiz və zövqsüz qadınları sevmir. Ətir kişilərin
ən zəif nöqtələrindəndir - kişilər pis qoxunun gəldiyi qadınlardan
uzaq qaçır.
2. Kişilərdə əsəbi, qışqıraraq danışan qadınlara qarşı antipatiya
olur.
3. "Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin
arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevirlər.
4. Kişilər ifrat dərəcədə makiyajdan, aksessuarlardan istifadə edən
xanımları bəyənmirlər.
5. Güləş, boks, futbol kimi idman növləri ilə məşğul olan qadınlar
da bəyənilməyənlər sırasındadır.
6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişilər daha
çox dayanıqlı, dözümlü, sağlam qadınla bir yerdə olmağa üstünlük
verirlər.
7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar
kişilərin bəyənmədiyi xanımlar sırasındadır.
8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət
göstərməsinə tab gətirə bilmirlər.
9. Kişilərin alış-verişi sevən, vaxtının böyük hissəsini buna
"xərcləyən", həmçinin kişilərin də onlarla birgə alış-verişə
getməsini istəyən qadınlarla arası olmur. Onlar alış-verişi əlavə
xərc kimi dəyərləndirir.
10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş
sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur.
11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. Amma
onlar "soyuq" qadınlardan da tez soyuyur.
12. Kişilərdən pulunun miqdarını soruşan qadınlara münasibət mənfi
olur.
13. Kiçik bir hadisəni, məsələni şişirdən qadınlar təbii ki,
bəyənilmir.
14. Ən kiçik hadisədən ağlayan qadınların gözyaşları kişilər
tərəfindən "təhlükə" kimi qəbul olunur.
15. Qadınlarda uzun və baxımsız dırnaqları adətən sevmirlər.
16. Durmadan danışan, susmaq bilməyən qadınlara kişilər nifrət
edir.
17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları
sevmirlər.
18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan
qadınlar kişilər tərəfindən bəyənilmir.
19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən
qadınlardan daha tez bezir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK